Türkiyədə konstitusiya dəyişiklikləri qəbul edildi





Türkiyədə  konstitusiya dəyişiklikləri qəbul edildi. Lent.az sozcu.com. tr-ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi ölkədə prezident üsul-idarəsinə keçidi nəzərdə tutan konstitusiya dəyişikliklərini qəbul edib.
Qanun 339 səslə qəbul edilib. Millət vəkillərindən 142-si isə qanunun əleyhinə səs verib.

Artıq qanun layihəsi tezliklə referenduma çıxarılacaq.