Türkiyədə qadınları satan azərbaycanlı tutuldu

Qruplaşma qadınları iş adı ilə aldadıb


Türkiyədə əcnəbi qadınları əxlaqsızlığa sövq edən qruplaşma yaxalanıb. ANS PRESS-in məlumatına görə, paytaxt Ankarada polis qadınları cinsi istismara məruz qoyanların yaxalanması üçün əməliyyat keçirib.

Qruplaşma üzvləri əcnəbi qadınların pasportlarını əllərindən alaraq onların ölkədən şıxmasına manelər törədib. Ələ keçirilən qrupun rəhbəri Neslihan K. adlı qadındır. Saxlanılan şübhəlilərin sayı 11 nəfərdir.

Qrupun əcəbi qadınlarla əlaqəsini Azərbaycan əsilli qadın təşkil edibmiş. Əminət A Türkiyə vətəndaşıdır.

Qadınları cinsi istismara məruz qoyan şübhəlilərdən 4-ü hələ də axtarışdadır.

Saxlanılan şəxslər qadınları bəzi əyləncə mərkəzlərində çalışmağa məcbur edərək onlara fahişəlik etdiriblər. Bir qismi isə masaj salonunda çalışmaq adı altında aldadılıb.

Türkiyədə azərbaycanlı qadının yaxalandığı son əməliyyat bir neçə gün öncə olub. 30 yaşlı azərbaycanlı qadını müştəri formasında əməliyyat keçirən polislər xilas ediblər. Qadın ifadəsində onu cinsi istismara məruz qoyan şəxslə internetdə tanış olduğunu deyib. "2 uşağıma baxmalı idim. Mənə Türkiyədə iş tapacağını dedi. Mən də gəldim. Burada isə məni məcbur şəkildə cinsi istismara məruz qoydu".