Müge Anlının Türkiyənin Atv kanalında yayımlanan "Tatlı Sert” proqramında yenə qan donduran hadisə gündəm olub. Sherg.az Türkiyə mətbuatına istinadən bildirir ki, tez-tez ərini tərk edərək, evdən qaçan və son olaraq qaynı ilə gizli sevgi yaşadığı ortaya çıxan Səhər Okusaldan 4 ildir ki, xəbər yoxdur. 34 yaşında olan Səhər Okusalın başına nə gəldiyi bilinməsə də, müəyyən iddiaalar var.
İddiaya görə Səhər Okusal, qardaşı Mövlüd tərəfindən öldürülüb. Amma qadının cəsədinin harada olduğu məlum deyil. Səhərin 18 yaşındakı qızı Sevilay Aha isə dayısı Mövluddan deyilənlərlə bağlı soruşub: "Dayım mənə dedi ki, "insan heç bacısını öldürərmi". "Yəni dayım ona şər atıldığını söylədi” – deyib qadının övladı.
Anasından 2015-ci ildən bəri xəbər ala bilmədiyini deyən Sevilay – "Kimi deyir ananı boğdular, kimi deyir başını kəsdilər... Mən anamın tapılmasını istəyirəm. Ölübsə, ən azından məzarını düzəltdirim” – deyə qeyd edib.
"Anamla əmim gizli sevgi yaşayıblar”
Sevilay Ahadan, anası ilə atasının nə səbəbə boşandığı soruşulub. O isə bildirib ki, anası atasını dəfələrlə tərk edərək gedib: "Atam da hər dəfə anamı geri gətirirdi.
Amma 2007-ci ildə əmimlə anamın münasibətləri olub. Ondan sonra atamdan ayrıldılar. Anam atamla evli olarkən yaşlı bir kişi ilə də görüşürmüş. Soruşanda da, atama deyirmiş ki, o kişi qohumumdur”.
"Qardaşım Mövludun bacımı öldürdüyünü düşünürəm”
Sevilay Ahanın bu sözlərindən sonra diqqət çəkən bir açıqlamanı da Səhər Okusalın bacısı verib. Televiziya proqramına telefonla qoşulan qadın, "qardaşım Mövludun bacımı öldürdüyünü düşünürəm. Hətda bacım itkin düşəndən sonra Mövlud narkotikaya qurşandı, hərəkətləri dəyişdi. Mən qardaşımla küsülüyəm, amma onun bu dəyişikliyi, narkotikaya meyli bacımın cinayətindən sonra oldu. Mövlud cinayət törətməyibsə, niyə bu qədər dəyişdi?!
Səhər Okusalın bibisi Güllü də cinayətin Mövlud tərəfindən törədildiyi iddiasını ortaya atıb. Bibi deyib ki, Səhər Mövluddan pul istəyib: "Mövlud da, "pul asan qazanılmır” söylədikdən sonra, qardaş-bacı arasında dava olub.
İddiaya görə Mövlud bud ava zamanı bacısını öldürüb, cəsədini xalçaya büküb, meşəliyə atıb. Başqa bir iddiaya görə isə qardaş bacısının cəsədini itlərə yedirib.
Mügə Anlınin işçilərinin araşdırmasına görə, Səhər Okusal son 7 ildir ki, heç bir xəstəxanada müayinə edilməyib. Bu durum da, Səhərin öldürüldüyü təxminini yaradır.
Anar