Türkiyədə yeni referendumun vaxtı AÇIQLANDI




Türkiyə baş naziri Binəli Yıldırım 2017-ci ilin yayında ölkədə konstitusiya dəyişikliyi ilə bağlı referendum keçiriləcəyini deyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni referendum layihəsi gələn həftə Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq.

Yeni konstitusiyada prezident səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.