Türkiyəli nazir Gülən məsələsinə görə ABŞ-a gedir





Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 26-27 oktyabr tarixlərində ABŞ-a planlaşdırılan səfəri zamanı bu ölkənin baş prokuroru Loretta Liçlə görüşmək niyyətində olduğunu bildirib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, görüş zamanı Abdulla Gülənin Türkiyəyə ekstradisiyası məsələsi müzakirə olunacaq. "Mən oktyabrın 25-də ABŞ-a yola düşəcəm. ABŞ-ın baş prokuroru ilə görüş oktyabrın 26-27-nə planlaşdırılıb. FETÖ-nün təsisçisi və rəhbərinə qarşı ABŞ-a təqdim edilən hüquqi sənədlərin və çevriliş cəhdi ilə əlaqədar onun həbsinə dair bizim sorğumuzun müzakirəsi səfərin əsas məqsədidir”, - deyə Bozdağ jurnalistlərə bildirib.