Tutu Zeynalova: "Məqsədim insanlara artıq çəki problemi ilə mübarizədə dəstək olmaqdır"
10:37 08.02.2016
Arxiv
1386
Tanınmış dietoloq Tutu Zeynalova sağlam qidalanmaq arzusunda olub, mükəmməl çəkiyə sahib olmaq istəyənlər üçün tutudiet.com bloqunun və "Tutu diet Youtube" kanalını təqdim edib.
Tədbirdə səhiyyə işçiləri, tanınmış professor, cərrahlar, Azərbaycan estradasının məşhur simaları və media nümayəndələri iştirak edib. Formada qalmaq üçün Tutu Zeynalovanın məsləhətlərindən istifadə edən Afaq Gəncəli mərasimi açıq elan edib: "Mən də, artıq bir müddətdir ki, Tutu Zeynalova ilə çalışıram. Sağlam qidalanıram və formada qalmaq üçün dietoloqumun mənə göstərdiyi pəhrizi edirəm. Tutu xanımla işlədiyim üçün fəxr edirəm".
Daha sonra Tutu Zeynalova qonaqları salamladıqdan sonra tutudiet.com bloqunun və "Tutu diet Youtube" kanalını təqdim etmə səbəbini açıqlayıb: "Bu gün ailədə hər 4 uşaqdan biri artıq çəkilidirsə bu, nə deməkdir? Gələcəkdə hər 3 nəfərdən birinin diabet xəstəsi olacağı deməkdir. Bir neçə ildir ki, insanların artıq çəki problemi ilə mücadiləsini görürəm. Xüsusilə də xanımların sağlamlıq problemləri ilə bərabər qarşılaşdığı sosial problemləri də görürəm. Saytımı təqdim etməkdə məqsədim insanlara artıq çəki problemi ilə mübarizədə dəstək olmaqdır".
Tədbirdə iştirak edən və "Tutu diet"i sayəsində arıqlayan aparıcı Dilarə Əliyeva da fikirlərini bölüşüb:
"45 günə Tutu xanımın sayəsində 11 kilo arıqladım. Mənim üçün mükəmməl nəticədir. Tutu xanım mənə ac qalmağı yox, az yeməyi, çay içməyi yox daha çox su içməyi öyrətdi. Minnətdaram".
Tutu Zeynalovaya 11 kilo arıqladığı üçün minnətdar olan digər məşhur isə Aşıq Samirə olub. Samirə xanım bildirib: "Dietoloqum məni yenidən özümə sevdirdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat