Ukrayna dünyanı qarışdırıb
20:27 24.04.2014
Arxiv
397
Rusiya çökür, rublun dəyərdən düşməsi ölkəni daxildən qarışdıracaq
Moskvanın Ukraynanı parçalamaq niyyətindən əl çəkməməsi və beynəlxalq hüquq normalarını tanımadığını bəyan etməsi Rusiya-Amerika münasibətlərini kifayət qədər gərginləşdirib. Supergüclərin siyasi çəkişməsi açıq müstəviyi keçib. ABŞ-ın vitse-prezidenti Co Bayden bildirib ki, Rusiyanın Krımdan geri çəkilməsi üçün verilən vaxta az qalıb.
Onun sözlərinə görə, Ukrayna heç bir zaman Rusiyanın Krıma müdaxiləsini tanımayacaq: "Rusiya Krımdan öz ordularını geri çəkməlidir. Daha sonra diplomatik razılaşmalar əsasında konfliktin həll prosesinə başlanılmalıdır. Moskvanı maskalı insanlara dəstək verməməyə çağırırıq. Artıq verilən vaxta az qalıb. Dəyişiklik görmək istəyirik”.
Xatırladaq ki, bir müddət öncə Ağ Ev rəhbəri Barak Obama da Rusiyanın Ukraynaya ordu çıxarmağının cəzasız qalmayacağını açıqlayıb. O vurğulayıb ki, Rusiyanın atdığı addım beynəlxalq hüquqa ziddir: "Bu addım Rusiyanın beynəlxalq hüquq normalarını və Rusiyanın əvvəllər imzaladığı müqavilələri pozmağıdır. Rusiya tutduğu yolda davam etsə, ABŞ Rusiyanı izolyasiya edəcək”.
"Xəzər” Araşdırmalar Fondunun rəhbəri, sabiq müşavir Vəfa Quluzadə "Şərq”ə açıqlamasında qeyd edib ki, Rusiya imperiyası çoxdan dağılmalı idi. Onun sözlərinə görə, Moskvanın qısa zaman ərzində dağılacağına böyük ümidlər var: "Bu cür addımları Putinə heç kim bağışlamayacaq. Dünyanın gözünün içinə baxa-baxa düz yerində müstəqil dövlətin böyük hissəsi işğal edir. Sonra da
dünya ölkələri ilə əməkdaşlıqdan danışır. Hazırkı siyasi proses onu göstərir ki, dünya Rusiya ilə əlaqələrini kəsəcək. Bu baxımdan hesab edirəm ki, bu çürük imperiya çökə bilər”.
Politoloq Qabil Hüseynli isə bildirib ki, Rusiya nüvə ölkəsi olduğu üçün NATO-nun bu işə qarışması nüvə müharibəsi yarada bilər: "Ancaq NATO-nun Ukraynaya məhdud miqdarda qoşun, müşahidəçi, təlimatçı və yeni silahlar göndərməsi mümkündür. Vəziyyət döyüş həddinə çatarsa, Ukrayna özünün əsgər ehtiyatları ilə yeni silahlardan istifadə edib Rusiyaya qarşı vuruşmalıdır. Ekspert söyləyib ki, Rusiya müharibə variantını seçsə, Ukrayna-Rusiya müharibəsi başlaya bilər. Amma bu gün məsələnin sülh yolu ilə həll edilməsi daha real görünür: "Artıq Rusiya birjasında səhmlərin, rublun qiymətdən düşməsi başlayıb. Az sonra iqtisadi sanksiyaların siyahısı genişləndikdə və onların tətbiq dairəsi ciddi nəzarət altına alındıqda, Rusiya ciddi çətinliklərlə üzləşəcək. Hətta "Qazprom”un səhmlərinin düşməsi prosesi başlayıb. Bu, Rusiya Mərkəzi Bankını vadar edəcək ki, rublun dəyərdən düşməsinin qarşısını almaq üçün bazara əlavə dollar yeritsin. Bu da hər ayda 50 milyard dolların itirilməsi deməkdir. Odur ki, Rusiya özünü çox pis tələyə salıb. Proseslər Rusiyanın daxilini də qarışdıra bilər”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sağlam ailə modeli” layihəsi çərçivəsində seminar keçirilib
00:25 13.06.2026
Ölkə
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət