O vurğulayıb ki, adıçəkilən təsisatlar sırf korrupsiya cinayətləri ilə məşğul olacaq ayrıca məhkəmə orqanının, xüsusi təşkilatın yaradılmasını istəyirlər:
"...Ukrayna növbəti dəfə xaricdən maliyyə ala bilməyəcək" - Kiyev vədinə əməl etmir ?
16:36 05.06.2018
Arxiv
654
"Amerika, Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondunun Ukraynaya vəsait ayırmasının əsas şərtlərindən biri korrupsiya ilə mübarizənin gücləndirilməsidir”.
Bu barədə "Sherg.az”a politoloq Elxan Şahinoğlu Ukraynanın baş naziri Volodimir Groysmanın "Korrupsiyaya qarşı mübarizə üçün xüsusi məhkəmə yaradılmasa istefa verəcəm " iddiasını şərh edərkən bildirib.
O vurğulayıb ki, adıçəkilən təsisatlar sırf korrupsiya cinayətləri ilə məşğul olacaq ayrıca məhkəmə orqanının, xüsusi təşkilatın yaradılmasını istəyirlər:"Ukraynanın baş naziri Volodimir Groysman da bu idarənin və məhkəmə sisteminin yaradılmasına çalışır. Amma baş nazir müqavimətlə üzləşir. O, həmin strukturları nəzərdə tutaraq, istefa verəcəyini gündəmə gətirir. Çünki effektli mübarizə aparılmasa, Ukrayna növbəti dəfə xaricdən maliyyə ala bilməyəcək. Nəticədə ciddi problemlər yarana bilər”.
E.Şahinoğlu xatırladıb ki, Ukrayna prezidenti Pyotr Poraşenko da bununla bağlı xarici ölkələrə, beynəlxalq təşkilatlara vəd verib:
"Gələn il ölkədə seçkilərin keçiriləcəyini nəzərə alsaq, bu vədlərin yerinə yetirilməsi vacibdir. Ona görə, hakim qüvvələr – prezident və baş nazir maliyyə əldə etmək, korrupsiya ilə bağlı addım atmaq istəyirlər. Bununla onlar gələn seçkilərdə iddialarını ortaya qoymağı sığortalamaq niyyətindədirlər”.
Qeyd edək ki, Ukraynanın baş naziri Volodimir Groysman ölkəsini istefa verəcəyi ilə təhdid edib. O, buna səbəb kimi Ukraynada korrupsiyaya qarşı mübarizənin sürətli şəkildə həyata keçirilməməsini gətirib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm