Ukraynada beləsi olmamışdı: Ana tarix yazdı - Fotolar

Ukraynanın Odessa şəhərində yaşayan 36 yaşlı  Oksanaya hamilə olduğu xəbərini ilk dəfə verəndə az qalırdı sevincindən uçsun.
Hamiləliyinin erkən dövründə Oksana birdən çox körpəni qarınında daşıyırmış kimi hisslərə qapıldı. "The Mirror"a danışan Oksana, "Ailəmizdə kimsə buna bənzər bir hadisə yaşamamışdı. Etiraf etməliyəm ki, inkişaflar sonrasında mən də şok keçirdim" deyir. 
Gənc qadın, "həkim müjdəni verəndə ürəyim dayanmaq üzrə idi. Mənə "Ehtimalla bir villada yaşamanız lazım olacaq. Qarınında beş və ya altı körpə görürəm" deyə danışır. Doğuş əməliyyatına  8 həkim girib və Oksana keysəriyyə üsulu ilə  üç oğlan  və iki qız uşağı dünyaya gətirib. Darıya, Alexandra, Denis, Vladislav və David adlı körpələr dərhal məşhurlaşıb.
Ukraynada ilk dəfə beşəm dünyaya gəldiyindən, körpələr tarix yazdı. Beşəm körpə dünyaya gətirmək 47 milyonda bir görünür. Ölkələrində ünə qovuşan beşəmlərin ictimai mediada paylaşılan bəzi şəkilləri təqdim edirik.