Ukraynada Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib
08:57 13.04.2018
Arxiv
1347
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstan universitetlərinin bazasında təşkil olunub.
Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb. Konfransın ilk bölmə iclası Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində "AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda keçirilib.
Aprelin 12-də isə Kiev Milli Linqivistik Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş birinci beynəlxalq elmi konfransın "Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda bölmə iclası keçirilib.
Bölmə iclasında Kiyev Milli Linqvistik Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev, səfirliyin əməkdaşları, Ukraynada Azərbaycan diaspor qurumlarının təmsilçiləri, eləcə də Azərbaycan Dillər Universiteti rektorunun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Həsənov, Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov iştirak edib.
Konfrans iştirakçılarını salamlayan Azərbaycanın Ukraynadakı Fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Ümümmilli lider Heydər Əliyevin ölkəmizin tarixindəki yeri və rolu, Azərbaycan-Ukrayna münasibətlərinin dünəni və bu günü, eləcə də perspektivləri mövzusunda çıxış edib.
Bölmə iclasında çıxış edən universitetin rektoru professor R.V.Vasko məruzəsində Heydər Əliyevin xatirəsinin Ukraynada da əziz tutulduğunu vurğulayıb. Rektor bildirib ki, bu böyük tarixi şəxsiyyətin Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına verdiyi töhfələr olduqca böyükdür.
Çıxış edənlər müstəqillik dövründə Azərbaycan-Ukrayna – dövlətlərarası əlaqələrin qurulmasında, eləcə də iki ölkə arasında elm, mədəniyyət və təhsil sahələrinin inkişafında Heydər Əliyevin rolunu xüsusi qeyd ediblər.
Kiev Milli Linqvistik Universitetinin tədris və beynəlxalq əlaqələr üzrə prorektoru prof.İ.İ.Seryakova, şərqşünaslıq fakültəsinin dekanı dos. S.V.Sorokin, Türkologiya kafedrasının müəllimi İ.Ə.Şıxızadə, Ukraynada Azərbaycanlı gənclər birliyinin rəhbəri İ.Allahverdiyeva, eləcə də tələbələrdən O.R.İlçenko, K.Ç.Əzizova, Q.M.Varvadyuk və başqaları Heydər Əliyevin cəmiyyətdə multikulturalizmin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, onun dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi sahəsindəki müstəsna xidmətlərindən danışıblar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya