Ukraynanın baş naziri istefaya getdi






Ukraynanın baş naziri Arseni Yatsenyuk istefa verdiyini bəyan edib. 

Ukrayna mətbuatı xəbər verir ki, baş nazir aprelin 12-də istefa ərizəsini Ali Radaya təqdim edəcək:
"Mən Ukraynanın baş naziri vəzifəsindən istefa vermək qərarına gəldim. Bu barədə qərarım çərşənbə axşamı Ali Radaya təqdim olunacaq”, - baş nazir bildirib.

Arseni Yatsenyuk onu da əlavə edib ki, özünün vəzifələrini baş nazir səlahiyyətlərindən daha böyük görür.