"Ulu Öndər tərəfindən əsası qoyulmuş gənclər siyasəti çox uğurlu bir modeldir. Bu model hazırda öz bəhrəsini verməkdədir”.
Bunu "Sherg.az”a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev deyib.
Deputat bildirib ki, gənclərlə bağlı sahədə çox böyük işlər görülüb və görülməkdədir:
"Azərbaycanda gənclər siyasətinin təməli çox möhkəm özüllər üzərində qurulub. Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması, Parlamentdə gənclərlə bağlı komitənin olması gənclər siyasətinin uğurudur.
Cənab Prezident İlham Əliyev Azərbaycan gəncinin hərtərəfli inkişafı üçün bütün zəruri addımları atır və birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycan gəncliyi Prezidentimizin qayğısı ilə tam əhatə olunub. Gənclər siyasətinin məqsədi Azərbaycanda istedadlı, bacarıqlı, savadlı, sağlam gənclərin yetişdirilməsini formalaşdırmaqdır. Bütün bu görülən işlər, həyata keçirilən tədbirlər, gəncləri daha təşəbbüskar, ictimai-siyasi həyatda daha fəal olmağa səsləyir.
Məhz bunun nəticəsidir ki, gənclərin əksər sahələrdə fəallığı artıq hiss olunacaq dərəcədədir. Onların xarici tədbirlərdə iştirakı təcrübələrinin artmasına səbəb olur. Gənclər bir çox sahələrdə daha fəal olmağa meyl edirlər. Çünki indi onları üçün yetərincə şərait yaradılıb. Ölkədə qəbul olunan bütün sənədlər sosial-iqtisadi inkişaf, gənclərin təhsilə olan marağının artması, məşğulluq məsələsi, kadr potensialının formalaşmasına hesablanıb. İnkişaf edən ölkəmizdə rəqabətə davamlı gənc kadrlar formalaşdırmaq çox vacibdir”.
Komitə rəhbərinin fikrincə, İlham Əliyevin prezidentliyi dövründəki Azərbaycan gəncliyi Azərbaycan tarixində ən fəal, güclü, vətənpərvər gənclikdir:
"Bunu 2016-cı ilin "Aprel hadisələri” bir daha təsdiqlədi. O zaman hətta məktəbyaşlı uşaqların könüllü olaraq cəbhəyə getmək dirənişi öz-özünə yaranmadı. Bu, məqsədli şəkildə aparılan gənclər siyasətinin bəhrəsiydi. Hesab edirəm ki, Azərbaycan bu siyasətdən gələcək boyu daha çox faydalanacaq. Ölkədə iqtisadi inkişaf getdikcə, gəncləri siyasəti sahəsində də çox böyük işlərin görüldüyü danılmazdır. Hər il büdcə müzakirələri zamanı bunun şahidi oluruq. Gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığı çox vacib məsələdir. Onlar bizim müstəqillik ideologiyamızın carçılarna çevrilirlər”.
Ü.Quliyev bildirib ki, son zamanlar mərkəzi və yerli icra hakimiyyəti orqanlarında aparılan işlər, yeni gənc kadrların vəzifəyə gətirilməsi kimi məsələlər dövlətimizin gənclər siyasəti sahəsində gördüyü işlərin əsas elementləridir:
"Bu gənclərin hər biri gənclər siyasətində fəal iştirak etmiş şəxslərlərdir. Onlar yüksək postlarda təmsil olunur, cəmiyyətimizin və dövlətimizin inkişafına çox böyük töhfələr verirlər”.
İsmayıl