Un ucuzlaşdı: Sahibkar da çörəyin qiymətini aşağı sala bilər
13:42 11.04.2019
Arxiv
666
"Ola bilər, bu ucuzlaşma özünü çörəyin çəkisində göstərsin. Yəni, çəkini artırıb qiyməti olduğu kimi saxlamaqla qiymətlərə təsiri ifadə etsinlər"
Unun toplansatış qiyməti aşağı salınıb. «Karmen» unlarının istehsalçısı «Karat Holdinq» MMC-nin mətbuat xidmətinin məlumatında bildirilir ki, idxal buğdanın alış qiymətindəki enmələr istehsal olunan unun maya dəyərinin aşağı düşməsinə imkan yaradıb.
Buna qədər «Karmen» ununun 50 kq-lıq kisəsi 25 manat 95 qəpiyə satılırdı, amma artıq qiymət 25 manat 45 qəpik olub. Holdinq bəyan edir ki, topdansatış qiymətində başv ermiş ucuzlaşma tezliklə pərakəndə satış qiymətinin də aşağı düşməsinə səbəb olacaq. Belədə sual yaranır ki, çörəyin də qiyməti ucuzlaşacaqmı?
İqtisadçı Fuad İbrahimov «Sherg.az»a açıqlamasında bildirdi ki, istənilən halda malın baza qiymətindəki ucuzlaşma qiymət əmələgətirmə prosesinə də təsir edir:
- Unun toplansatış qiyməti və buna müvafiq olaraq da pərakəndə satış qiymətində ucuzlaşma olacaqsa, artıq iş qalır sahibkarlara. Sahibkar bu ucuzlaşmanı istehsal etdyi məhsulun qiymətində ifadə edə bilər, etməyə də bilər. Ola bilər, bu ucuzlaşma özünü çörəyin çəkisində göstərsin. Yəni, çəkini artırıb qiyməti olduğu kimi saxlamaqla qiymətlərə təsiri ifadə etsinlər, ya da qiyməti aşağı salsınlar. Sahibkar ucuzlaşma amilini çəkinin üstünə gələ də bilər və ya ümumiyyətlə, heç bir varianta getməz. O zaman məsələ qalır, bazardakı rəqabət mühitinə. Deyək ki, hansısa digər müəssisə ucuz qiymətə aldığı undan çörək bişirib ucuz qiymətə bazara çıxarsa, baha satanlar uduzacaq. Hamı ucuz məhsulu almağa üstünlük verəcək. Baxır, ucuzlaşmaya hansı yollarla gedilir. Bəlkə ölkəyə keyfiyyətsiz buğda və ya un gətiriləcək. Buna cəhd olacaqsa, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə keçməlidir. Əsas məqam ondan ibarətdir ki, sağlam rəqabət mühiti olmalıdır. Gözləyək, görək unun qiymətindəki enmələr çörəyin qiymətinə necə təsir edəcək.
F.İbrahimov vacib tələbat mallarına qarşı qiymət diskriminasiyasının qarşısının mütləq şəkildə alınmalı olduğunu bildirdi:
- İqtisadiyyatda qiymət diskriminasiyası anlayışı var. Bu, əsasən gündəlik tələbat mallarına qarşı tətbiq edilir. Məsələn, Azərbaycan ailəsi üçün çörək hava, sudur. İstehsalçı bilir ki, çörəyin qiyməti hər neçə olsa da, vətəndaş onu almaqdan vaz keçə bilməz. Bunu bildiyindən qiymət diskriminasiyası aparır. Bunun qarşısını alacaq qurum da Dövlət Antiinhisar Xidmətidir. Onlar buna imkan verməməlidir.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm