Ünvanlı sosial yardım dayandırılsın!

Millət vəkili bu sahəyə ayrılan maliyyənin pensiyalara əlavə olunmasını istəyir



Deputat Musa Quliyev hökumtədən ünvanlı sosial yardımın dayandırılmasını tələb edir. 

Sherg.az bildirir ki, Milli Məclisdə keçirilən büdcə müzakirəsi zamanı deputat deyib ki, sosial yardıma ayrılan maliyyə vəsati dayandırılaraq, bu vəsaitlər pensiyalara, uşaq pullarına və digər müavinətlərə əlavə edilməlidir: 

"Ümumiyyətlə, dünyada belə proqramlar müvəqqəti xarakterli proqramlar hesab olunur. Azərbaycanda da bu proqram 2007-ci ildən tətbiq olunur. Hesab edirəm ki, artıq hökumət bu proqramdan imtina etmək barədə düşünməlidir. Nə qədər çalışılsa da, burada şəffaflığı təmin etmək mümkün olmur və xoşagəlməz hallar baş alıb gedir. Nazir Səlim Müslümov bu sahədə nə qədər səy göstərsə də, effektiv nəticə əldə olunmur. Odur ki, bu məsələyə baxmaq lazımdır”.

Anar