Uşaq anasının qucağında vuruldu





Adanada axşam saatlarında, evlərinin qarşısında anası Kamilə Doranın qucağında olan 3.5 yaşındakı Tevriz Dora, haradan açıldığı müəyyən olmayan güllənin başına dəyməsi ilə öldü.

Mithatpaşa məhəlləsində bir qrup PKK-çı, icazəsiz hərəkət edib bəzi küçələri bağladı. Polislər, nümayişçiləri təzyiqli su vurub, qaz bombası ataraq dağıtmağa çalışdı. Küçə başında saat 22.00 radələrində birmərtəbəli evlərinin qarşısında qucağındakı qızı Tevriz Dora ilə oturan Kamilə Dora, eşidilən bir güllə səsinin ardından uşağının qanlar içində qaldığını gördü.

Qışqıraraq kömək istəyən ananın səsini eşidənlər, uşağı xəstəxanaya apardı. Başından ağır yaralanan Tevriz Dora, müdaxilələrə baxmayaraq qurtarıla bilmədi. Tevriz Doranın ailəsi, gözyaşları içində, "Qızımıza necə qıydınız, o hələ çox kiçik idi” deyə fəryad edib. Halı pisləşən ana Kamilə Doranı yaxınları sakitləşdirməyə çalışdı. Burada danışan ata Dora, uşağının bağçada anasının qucağındaykən polis gülləsiylə öldürüldüyünü və gözünün çıxdığını qarşıya qoyaraq, "Kim verəcək hesabını?” deyə danışdı.