Uşaqları məscidə aparmaq olar? - Komitə sədri aydınlıq gətirdi
10:30 10.09.2019
Arxiv
624
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı uşaqların məscidlərə gətirilməsi məsələsinə münasibət bildirib.
"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, M.Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu, onun öz seçimidir.
Komitə sədrinin sözlərinə görə, Azərbaycanda keçirilən dini mərasimlərə insanların gəlişi özlərinin istəyindən asılıdır: "İslama görə məscidlərə gəliş sərbəstdir, İslam dininin qadağa qoymadığı məsələ yoxdursa, dövlət buna qarışmır. Ona görə də vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu da onların öz seçimləridir. Sadəcə olaraq, tövsiyə edirik ki, vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar, yəni böyük uşaqları gətirə bilərlər, ancaq körpələrdə diqqətli olmalıdırlar".
M.Qurbanlı vurğulayıb ki, "Dini etiqad azadlığı" haqqında qanun Azərbaycandakı bütün dini mərasimləri tənzimləyir: "Dini mərasimləri tənzimləyən qanunlarda vətəndaşların hər hansı bir dini ibadət yerinə - məscidə, kilsəyə, o cümlədən sinaqoq və ya digər ibadət yerlərə getməsi onun azad seçiminə bağlıdır. Vətəndaş özü müəyyən edir, istəyər gedər, istəyər yox. Azərbaycanda "Dini etiqad azadlığı" haqqında qanun vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual