"Uyğun kadrlar, daha çevik idarətmə qurumları indiki zamanın əsas tələbidir"

"Cənab Prezident ölkədə çevik və effektiv idarəetmənin gücünü hər kəsdən yaxşı bildiyi üçün bu addımları atır”.
Bunu "Sherg.az”a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi ekspert Azər Həsrət deyib.
Tanınmış jurnalist bildiribi ki, dövlət rəhbərliyi yaxşı bilir ki, indiki sürət və yeni texnologiyalar əsrində heç bir məsələdə geridə qalmaq olmaz:
 "Kadrlar da, dövlət qurumları da mütləq zamanın tələblərinə - çağdaş çağırışlara cavab verməlidir. Ona görə də struktur islahatları ilə bağlı bəzən inqilabi deyə biləcəyimiz belə addımlar atılır. Onu da əlavə edim ki, bu islahatlar ötən ilin aprelində keçirilmiş prezident seçkisinin ardınca başladılmış kadr islahatlarının davamıdır. Həm uyğun kadrlar, həm də daha çevik idarətmə qurumları indiki zamanın əsas tələbidir. Cənab Prezident də bu tələbləri hər birimizdən yaxşı dəyərləndirir və gecikmədən addımlar atır. Əlbəttə, biz də belə addımları mütləq şəkildə dəstəkləyirik”.
İsmayıl