Üz nəqli edilən Rəcəb Sərt ata oldu

"3 il əvvəl bu günləri yaşayacağım ağılıma belə gəlməzdi"
Türkiyənin 5-ci üz nəqli edilən Rəcəb Sərt, ata oldu. Aralıq Dənizi Universiteti xəstəxanasında Prof. Dr. Ömər Özkan və qrupu tərəfindən 18 iyul 2013-cü ildə üz və çənə nəqli edilən Rəcəb Sərt və həyat yoldaşı Əsmə Sərt, körpə həyəcanı yaşayır. Cütlüyün, İnegöl dövlət xəstəxanasında  qız uşaqları oldu. "Hira” adı verilən körpənin çəkisinin 3 kilo 700 qram olduğu bildirildi.
Rəcəb Sərt, jurnalistlərə verdiyi açıqlamada körpələrinin sağlam şəkildə dünyaya gəldiyini söylədi. Çox xoşbəxt olduqlarını ifadə edən Sərt, "Çox həyəcanlıyam. 3 il əvvəl bu günləri yaşayacağım ağılıma belə gəlməzdi. Xoşbəxt bir evlilik etdim. Bu gün də qızımızı qucaqlamağın xoşbəxtliyini yaşayıram” dedi.