“Üzümü abituriyentlərə, valideynlərə tuturam...”
21:14 02.02.2016
Arxiv
702
Məleykə Abbaszadə: “Hər hansı qərar qəbul olunacaqsa, onlar bundan əziyyət çəkməyəcəklər və onların bilikləri obyektiv qiymətləndiriləcək”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə rəhbərlik etdiyi qurumun Təhsil Nazirliyinə birləşdirilməsi ilə bağlı mətbuatda yayılan fikirlərə aydınlıq gətirib:
"Ölkədə struktur islahatları aparılır. Lakin TQDK-nin hansı quruma birləşdirilməsi barədə qərar qəbul edilməyib”. O qeyd edib ki, hansı qərar qəbul olunacaqsa, ona tabe olacaqlar: "Üzümü abituriyentlərə, valideynlərə tuturam ki, hər hansı qərar qəbul olunacaqsa, onlar bundan əziyyət çəkməyəcəklər və onların bilikləri obyektiv qiymətləndiriləcək”. Komissiya sədri qeyd edib ki, bu ilin orta məktəb məzunları üçün buraxılış imtahanı ötənilki qayda ilə keçiriləcək, yalnız imtahan nəticələrinin qiymətləndirilməsi dəyişdiriləcək.
Qeyd edək ki, 2016-cı ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki təsdiqlənib. Ali məktəblərin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq.
İmtahanın birinci mərhələsi 6 martda, ikinci mərhələsi isə 5 iyunda keçiriləcək. Magistraturaya qəbul olunacaq bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 29 iyun-11 iyul tarixlərində aparılacaq. Boş qalan plan yerlərinə ixtisaslaşma seçimi isə 8-14 avqust tarixlərində aparılacaq. Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinin ərizə qəbulu 1-10 mart, qəbul imtahanının birinci mərhələsi 3 aprel, ikinci mərhələsi 29 iyul tarixlərində keçiriləcək. Namizədlərin ixtisaslaşma seçimləri 1-7 avqustda, qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatları 9-15 avqust tarixlərində keçiriləcək. Boş qalan yerlərə ixtisaslaşma seçimi isə 19-22 avqustda aparılacaq.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat