Uzun yola belə çıxmayın

Bu oturacaqlarda 31 uşaq həyatını itirdi



Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Tibb Mərkəzində aparılan araşdırmalar zamanı məlum olub ki, avtomobillərdə istifadəsi zəruri olan uşaq oturacaqlarının yaşı 2-dən aşağı olan uşaqlar üçün ölüm təhlükəsi yaradır.

Araşdırma rəhbəri, professor Erik Batra deyib ki, bu oturacaqlardakı təhlükəsizlik kəmərlərinin nəfəs borularını zədələməsi səbəbindən 0-2 yaş arasında olan 31 uşaq həyatını itirib. Batranın sözlərinə görə, oturacaqlarda yatan uşaqların qandakı oksigen səviyyələri aşağı düşdüyü üçün uşaqlar böyük risk altındadır. Uşaqların Sağlamlığının İnkişafı Fondu ABŞ hökumətinə uşaqların bu oturacaqlarda uzun müddətli səyahətə çıxarılmasının qarşısını alacaq səyahət qaydaları qəbul etməsi üçün təklif göndərəcəklərini bəyan edib.