Van Persi: “Türkiyəyə gəlmək axmaqlıqdır”







"Fənərbaxça”nın Trabzonda məruz qaldığı silahlı hücumun ardından Dirk Kuytu axtaran adlar arasında "Fənərbaxça”nın transfer təklifi etdiyi Robin van Persi vardı.

Dirk Kuyt, komanda yoldaşlarına məşhur qolçuyla apardığı dialoqu izah etdi. Dünya mətbuatına düşən xəbərlərdən sonra dərhal Kuytu axtaran Van Persi milli komanda yoldaşına keçmiş olsun diləklərini çatdırdı. Kuytun da avtobusda olduğunu zənn edən Van Persi hücumun necə reallaşdığını soruşdu. Yoldaşına zədə səbəbiylə karvanda olmadığını ifadə edən Kuyt, "Böyük bir şok yaşadım, hadisədən çox təsirləndim, Türkiyədə belə bir hadisə ilə qarşılaşacağımı heç ağlıma gətirmirdim” dedi. Dirk Kuyt, "Fənərbaxça”nın gündəmində olan Van Persiyə "hələ Türkiyəyə gəlməyi düşünürsənmi” deyə soruşdu. Van Persi isə "Futbolçulara silahla atəş edilən bir ölkədə oynamaq axmaqlıq olar” dedi.