Vaqif Sultanlının “Səhrə Savaşı” romanı nəşr olunub
20:49 08.02.2016
Arxiv
728
Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının "Səhra savaşı” adlı kitabı nəşr olunmuşdur. Azərbaycan Dövlət Nəşriyyatının nəfis şəkildə çap etdiyi kitaba müəllifin eyniadlı romanı daxil edilmişdir.
Tənqidçi Cavanşir Yusifli kitaba yazdığı "Səhra metaforası” adlı əhatəli və nəzəri ümumiləşdirmələrlə müşayiət olunan ön sözdə romanla bağlı qənaətlərini belə ifadə edir: "Səhra savaşı”, hər şeydən öncə mükəmməl planının, yəni kompozisiyasının olması ilə fərqlənir. ...Burada kompozisiyanı açan, onun fəlsəfəsini bəlləyən ən önəmli cəhət isə təhkiyədə mühakimədən çox, doğulacaq mətləbi detallarla vermək, məhz detallar arasındakı assosiativ, birbaşa və şərti-simvolik əlaqələrin qabardılmasıdır. Qeyd etmək lazımdır ki, müəllif təhkiyədə seçdiyi yolu əvvəlcədən nişan versə də, müəyyən mənada oxucunu da "aldadır”, bu isə üslubi keyfiyyət daşıdığından mətnin, onun bətnindəki bədii niyyətin obrazlara proyeksiyalanmasına, obraz və detalların daxilindəki enerjinin dışarı çıxmasına, bu enerjinin isə nəhayətdə səhra metaforası ilə çulğaşmasında önəmli rol oynayır”.
Şərti-metaforik üslubda qələmə alınmış romanda təsvir olunan hadisələr zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisələrin bu müstəvidə aşkarlanması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan vermişdir.
"Səhra savaşı” çağdaş dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi çöküş və humanitar deformasiya probleminə etiraz ruhu ilə seçilməkdədir. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın ədəbi-estetik fikrin və geniş oxucu kütlələrinin diqqət və marağını çəkəcəyi şübhə doğurmur.
Şəymən Aşırlı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat