Vergi ödəyicilərinə göstərilən xidmətlərdə məhdudiyyətlərin tətbiqinə başlanılıb
12:13 17.03.2020
Arxiv
454
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyə və tələblərini nəzərə alaraq, vergi orqanları tərəfindən vətəndaşların qəbulu, habelə onlardan və vergi ödəyicilərindən daxil olan müraciətlərin qəbulu üzrə bir sıra məhdudlaşdırıcı tədbirlərin tətbiqinə başlanıb.
Vergilər Nazirliyindən verilən məlumata görə, vergi ödəyicilərinə xidmət mərkəzlərində çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədi ilə 17 mart 2020-ci il tarixdən etibarən xidmət mərkəzlərində qəbul yalnız əvvəlcədən yazılmaqla həyata keçiriləcək.
Bu məqsədlə qəbula əvvəlcədən yazılmaq üçün əlaqə telefon nömrələri ictimaiyyətin diqqətinə çatdırılıb və vergi ödəyicilərinə göstərilən 63 növ elektron xidmətlərdən maksimum dərəcədə yararlanmaq, xidmət mərkəzlərinə isə yalnız zəruri hallarda müraciət etmək tövsiyə olunub.
Göstərilən xidmətlərin tərkibində hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu ilə bağlı xidmətlərin xüsusi çəkisinin yüksək olduğunu nəzərə alaraq, bu müraciətlərlə bağlı xüsusi rejim müəyyən edilib.
Belə ki, hüquqi ünvanı Bakı şəhərində olan hüquqi şəxslər, o cümlədən xarici investisiyalı şirkətlər və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qeydiyyatı Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində aparılacaq.
Vergi ödəyicilərindən tələb olunan sənədlərin poçt vasitəsilə göndərilərkən əlaqə telefon nömrələrinin qeyd olunması, qabaqcadan sənədlərin düzgünlüyünün yoxlanılması məqsədilə isə müvafiq sənədləri skan olunmuş şəkildə müraciətə əlavə edərək office.qeydiyyat@taxes.gov.az elektron ünvanına göndərmələri tövsiyə olunur.
Müraciətdə mütləq qaydada müraciət edən şəxsin adı, soyadı, atasının adı və əlaqə məlumatları qeyd edilməlidir.
Regionlarda yerli investisiyalı hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu xidməti üzrə müraciətlərin göndərilməsi və qəbulu üzrə də oxşar qaydalar tətbiq ediləcək. Bu məqsədlə, müraciətlər ərazi prinsipi üzrə vergi orqanının poçt ünvanına göndərilməlidir.
Hüquqi şəxs qeydiyyata alındıqdan və vergi uçotuna dair müraciətlər icra edildikdən sonra qeydiyyat sənədləri (qeydiyyat şəhadətnaməsi, nizamnamə, dövlət reyestrindən çıxarış) və uçotun aparılmasını təsdiq edən sənədlər vergi ödəyicisinin elektron kabinetinə göndəriləcək.
Vergi ödəyicilərinə vergi orqanları tərəfindən göstərilən xidmətlərin elektron qaydada əldə edilməsinə üstünlük verilməsi tövsiyə edilir.
Vergi ödəyiciləri “195” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə daxil olmaqla onlara lazım olan vergi xidmətləri barədə məlumat əldə edə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya