“Vətəndaşlarımızın təhlükəsizliyi təmin olunur, yaşayış səviyyəsi yüksəlir”

"Ötənlərdə ölkə başçısı "Buta” sarayında Respublika günü ilə bağlı çıxışında bir neçə vacib məqamlara toxundu”.
Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, sosial sahədə aparılan islahatların daha da genişləndirilməsi Prezidentin siyasətinin əsasını təşkil edir:
"Ölkə başçısı da bildirdi ki, sosial islahatlar davamlı olacaq. İstənilən dövlətin yaşaması üçün bir neçə amil var. Həmin amillərdən birincisi dövlətin təhlükəsizliyinin və müdafiəsinin möhkəmləndirilməsidir. Daha sonra iqtisadiyyatın gücləndirilməsi və sosial sahənin inkişaf elətdirilməsidir.
Sosial sahənin inkişaf elətdirilməsi deyəndə cənab prezident insanlarımızın maddi durumu və yaşayış tərzinin günü-gündən yüksəlməli olduğunu vurğuladı. Ölkə başçısının rəhbərliyi ilə davamlı olaraq inkişaf gedir. İnkişaf edirik, iqtisadiyyatımız güclənir, dünyada nüfuzumuz artır. 
Diplomatik və sosial sahədə uğurlarımız çoxalır. Bunların hamısında məqsəd odur ki, vətəndaşlarımızın təhlükəsizliyi təmin olunur, yaşayış səviyyəsi, maddi durumu yüksəlir. Azərbaycan insanın yaxşı yaşaması üçün işlər görülür. 
Cənab Prezident bütün çıxışlarında bu siyasəti davam etdirəcəyini deyir. Bu gün Azərbaycan özünü qüdrətini artırmaqla, beynəlxalq aləmdə nüfüzunu gücləndirməklə yanaşı insanlarımızın yaşayış səviyyəsinin yüksəlməsini əsas götürür. 
Vətəndaşlarımız yaxşı yaşamalıdır, onların problemləri həll olunmalıdır. Cənab prezidentin apardığı siyasəti dəstəkləməklə bərabər ona yardımçı olmalıyıq. Hər kəs öz sahəsində üzərinə düşən borcu lazımi səviyyədə yerinə yetirməlidir”.
Yeganə Bayramova