Vidadi Babanlı yeriyə bilmir




Tanınmış yazıçı Vidadi Babanlı yeriyə bilmir.

Bu barədə Kulis.Aza yazıçının özü məlumat verib. Onun sözlərinə görə, hələ də dəmir tutacaqlar vasitəsi ilə hərəkət edir: "Yeriyə bilmirəm. Yayda ayağım sınmışdı. İndi də ağrıları durur”.

90 yaşlı yazıçı digər orqanlarından narazı deyil: "Babatam, pis deyiləm. Bircə problemim yeriyə bilməməyimdi”.

Vidadi Babanlı hazırda yeni bir əsərini bitirdiyini də açıqladı: "Özümlə müsahibəm” adlı əsər yazmışam. Avtobioqrafik əsərdir. Hələ çap eləmək istəmirəm. Düşünürəm ki, üzərində yenə işləyim. Qismət olsa...”