Vitse-spiker: “ATƏT Minsk Qrupu mənasız təşkilata çevrilib”
12:05 30.01.2016
Arxiv
744
"Azərbaycanın haqq səsinin eşidilməməsi, Ermənistan tərəfindən torpaqlarının işğal edilməsinin etiraf olunmaması AŞPA-da Ermənistanın işğalını müdafiə edənlərin olduğunu bir daha göstərir.
APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
"Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Azərbaycanın orada dostları da çoxalıb. Gördüyünüz kimi, "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı sənədin qəbulu üçün 5-6 səs çatmadı. İkinci məsələ - Sərsəng su anbarı ilə bağlı sənəd isə qəbul olundu və bu sənəddə Ermənistanın işğalçı olduğu bilavasitə əksini tapıb", - deyə Z. Əsgərov bildirib.
Onun sözlərinə görə, birinci qətnamənin qəbul olunmaması bir daha göstərir ki, ATƏT-in Minsk Qrupu başda olmaqla, Ermənistanın işğalçılıq siyasətini müdafiə edənlər var: "Ümumiyyətlə, biz hesab edirik ki, Minsk Qrupu sözün əsl mənasında mənasız təşkilata çevrilib. Məlum qətnamənin qəbul olunmaması da Minsk Qrupunun bir müddət əvvəl apardığı təbliğatın nəticəsi oldu. Amma biz ona ümid edirik ki, Avropa Şurasında Azərbaycanın dostları, səsimizi eşidən insanlar var. Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbulu bunu bir daha sübut etdi".
Xatırladaq ki, Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb. Layihə qəbul olunmayıb.
"Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə isə qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi