Volkan "Fənərbaxça"da qalır




"Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəlin klubdakı taleyinə aydınlıq gəlib.

Qol.az-ın "Milliyət”ə istinadən yaydığı xəbərə görə, klub həbərliyi Volkanla müqaviləni artırmağa qərar verib.
Təcrübəli qolkiperlə 1+1 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 35 yaşlı qapıçı 2002-ci ildən İstanbul klubunda çıxış edir.