Xalq artisti şairin intihar cəhdindən yazdı: "Nə qədər murdar, məhv olmağa layiq olan məxluqatlar..."
07:17 08.07.2018
Arxiv
660
"Düşündüm ki, bəlkə bir sənət “performance”dır bu, düşünülmüş “göstəri”dir, intihar cəhdi deyil"
Xəbər verdiyimiz şair Cəlil Cavanşir şəxsi sosial şəbəkə hesabından canlı yayım edərək damarlarını kəsib və intihara cəhd edib.
Şairin canlı yayımda intihara cəhd etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub. Bir çoxları onun bu əməlini tənqid ediblər.
İntihar cəhdi ilə bağlı Xalq artisti Faiq Ağayev də münasibətini açıqlayıb. Sherg.az bildirir ki, müğənni C.Cavanşirin canlı yayında intihar etməsini qınayan insanları sərt tənqid edib.
"Nə qədər murdar, məhv olmağa layiq olan məxluqatlar varmış aramızda, İlahi!
Cəlil Cavanşirin özünəqəsd yayımına baxa bilməmişdim, tədbir idarə edirdim. Dostlarım xəbər verdi, yarım dəqiqəlik kənara çəkilib, dərhal rəy yazdım ki – "etməyin!”.
Baş verənləri anlamırdım da açığı, düşündüm ki, bəlkə bir sənət "performance”dır bu, düşünülmüş "göstəri”dir, intihar cəhdi deyil.
Ancaq indi o görüntülərə rast gəldim.
Ürəyim ağradı…
Heç cür haqq da qazandırmıram Cəlilə. Sevdiyim ədib, dərin bir insandır. Qəti etməməli idi.
Amma…
Rəylərə baxıram – "tırka” verən kim, heyvancasına "adə, hırrey” anqıran kim.
Tfu! Lənət olsun!
Əslində, bir acı həqiqət var.
Kütləni, əyri-əskiklərinə göz yumub, yalnız tərifləyəndə, meydana bax belə cəhənnəm varlıqları, nainsanlar çıxır.
Dəyəri, mənəviyyatı, düşüncəsi, dərrakəsi "0”- (sıfrdan mənfi) olanlar özünü cəmiyyətin tamhüquqlu üzvləri sanıb, hərəkətləri ilə toplumumuzu İnsan, Xalq, Millət anlayışlarıından iraq salırlar.
Onlar mütləq tapılmalı, təxirəsalınmaz şəkildə aşkar olunmalı və "intihara təhrik” maddəsi ilə cəzalandırılmalıdırlar.
KİV-lərdə geniş işıqlandırma şərti ilə!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm