Xalq artistindən illər sonra etiraf: "Telman Adıgözəlova vurulmuşdum"
11:38 29.01.2016
Arxiv
799
Xalq artisti Firəngiz Mütəllimova "Evləri köndələn yar” filmində rol aldığı mərhum aktyorumuz Telman Adıgözəlovla bağlı xatirələrini bölüşüb. Axar.az xalq artistinin fikrilərini təqdim edir:
"Biz birlikdə veriliş aparanda tamaşaçılar dedi ki, kaş siz tərəf-müqabili olaydınız. Yadımdadır, Telman müəllim o dövrə görə çox zövqlə geyinirdi. İndiyədək onun şərfləri, rəngarəng geyimləri, plaşlarıgözümün önündədir.
Gənc idik, həvəslə filmə çəkilirdik. Telman müəllimə ilk dəfə "Nəsimi” filmində baxıb vurulmuşam. Elə bu filmə baxandan sonra aktyorluq sənətinə lap bağlandım. Çünki mən özüm kinoteatr olan məhəllədə yaşamışam. O filmdə də Telmanın bircə dənə görüntüsü var idi. Telmanı çox istəyirdim. O, gənclərə aid bütün verilişlərə çıxırdı. Qismət elə gətirdi ki, mən 4-cü kursda oxuyanda Telman müəllimlə tanış oldum. Daha sonra "Gənclik estradası” verilişində uzun müddət aparıcılıq etdik.
Azdramda ilk rolumdan sonra İlyas Əfəndiyevin "Natəvan” tamaşasında qulluqçu rolunu oynadıq. Hər ikimiz Natəvanın qulluqçusu idik. Telman müəllim mənim ən sevimli sənət dostlarımdan olub. Çox namuslu, aktrisaların həmişə qeyrətini çəkən bir adam olduğunu xüsusi vurğulamaq istərdim.
Onun rəhmətlik anasının çox xoşu gəlirdi məndən. Elə hey deyirmiş ki, "Al da o qızı, al”. Telman da deyirmiş, "Ay mama, o aktrisadır, aktrisa olmasaydı, alardım”. Telman başdan-ayağa xatirədir. Onun ölümündən əvvəl toydakı rəqsi hələ də gözümün qabağındadır.
Qəfildən öldü deyə, hələ də inanmıram ki, Telman həqiqətən ölüb. Elə bilirəm ki, bu saat haradasa qabağıma çıxacaq”.
Qeyd edək ki, "Evləri köndələn yar” filmi 1982-ci ildə çəkilib. Filmdə Firəngiz Mütəllimova - Mərcan, Telman Adıgözəlov isə Kamil rolunda çıxış edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi