Xarici siyasətdə coğrafiyamız genişlənir

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi



Müstəqil xarici siyasət həyata keçirən Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi
tanınır. Beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlıqda maraqlı olan ölkəmiz bu yöndə konkret addımlar atır. Bərabərhüquqlu əlaqələrin təmin edilməsi prosesinə öz töhfəsini verir. Bu baxımdan qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yeri daha da
möhkəmlənib.Bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa və dünya birliyinə inteqrasiyası xeyli sürətlənib. 

Məlum faktlar deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf
tempini saxlayacaq. Ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin
möhkəmlənməsi davam etdiriləcək. Bundan başqa, heç kimə sirr deyil ki, uzaqgörən daxili və xarici
siyasətin reallaşması nəticəsində hazırda Azərbaycan Cənubi Qafqazın lider dövləti səviyyəsinə
yüksəlib. Bölgədə sülhün, təhlükəsizliyin və inkişafın simvoluna çevrilib. Bu gün ölkəmiz
ümumilikdə regionun dünya birliyinə inteqrasiyası üçün qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış edir.
Bu, beynəlxalq ictimaiyyət tərəfindən alqışla qarşılanır. Şübhəsiz ki, qazanılan uğurların təməlində
ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır.

Beynəlxalq təşkilatlarda təmsil olunuruq

Ölkəmizin dünya birliyinə inteqrasiyasından söz açan Azərbaycan Demokratik İslahatlar
Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə vurğulayıb ki, son zamanlar
Azərbaycanda siyasət, mədəniyyət və idmanla bağlı beynəlxalq tədbirlərin keçirilməsi, ölkəmizin
Avropaya daha yaxından tanıdılması və özünə layiqli yer tutması baxımdan çox faydalıdır:
"Ölkəmiz 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında iki illik
qeyri-daimi üzv seçildi. Bura üzv seçiləndən sonra ölkəmiz həmin təşkilatda beynəlxalq hüquq
normalarının müdafiəsi nəticəsində, hüququn aliliyini qorumaqla kifayət qədər özünə tərəfdaş
qazandı. Bildiyiniz kimi, ölkəmizlə BMT arasında əməkdaşlıq Azərbaycanın öz müstəqilliyini bərpa
etməsindən dərhal sonra bərqərar olub. Respublikamız 1992-ci ildə BMT-nin üzvlüyünə qəbul edilib
və həmin ildə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb. Sözügedən təşkilatla
əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq
ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial
imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışıb. Adıçəkilən beynəlxalq
qurumun Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı
qətnamələr qəbul edib. Hər bir qətnamə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər
ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul edilib. Bu qətnamələr
Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi
əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması
tələblərini irəli sürüb. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməyib”.

Ölkəmiz BMT-də fəal iştirak edir

Millət vəkili hesab edir ki, Azərbaycanın xarici siyasət coğrafiyası getdikcə genişlənir: "Ölkəmiz
Afrika və Latın Amerikası ölkələrində fövqəladə səfirliklər açır. Bununla da Azərbaycan beynəlxalq
əməkdaşlıq imkanlarına malik oldu. Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı,
Birləşmiş Millətlər Təşkilatına üzv olmaqla Azərbaycan xarici siyasətində beynəlxalq hüququn
aliliyini müdafiə etdi. Regionda sülh və əminamanlığın tərəfdarı kimi çıxış edərək, münaqişənin
beynəlxalq qanunvericiliklə həll olunmasını istəyirdi. Azərbaycanın ərazisi vahiddir, toxunulmazdır
və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi
bütövlüyünü bərpa etmək ölkəmizin milli təhlükəsizlik siyasətinin ən mühüm vəzifəsidir. Ərazilərin
zəbt edilməsi, etnik təmizləmə ümumbəşəri dəyərlərə, eləcə də sülh, demokratiya, sabitlik və
regional əməkdaşlıq prinsipinə ziddir. Qeyd edim ki, bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana
olan təcavüzlə əlaqədar qətnamələr qəbul edilib. Ölkəmizin ərazi bütövlüyünün pozulması
pislənilib. İşğalçıların tezliklə zəbt etdikləri əraziləri tərk etməsi tələb olunub”.

İkitərəfli münasibətlər formalaşdırırıqParlamentarinin sözlərinə görə, Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də ikitərəfli münasibətlərin formalaşdırılmasıdır: "

Bu münasibətlər qarşılıqlı, ikitərəfli formatda siyasət,iqtisadiyyat, mədəniyyət və başqa sahələrdə əməkdaşlığın qurulmasıdır. Azərbaycan üçün müstəqillik mühüm amildir. Ölkəmiz müstəqilliyə təhlükə olmayan qurumlara üzv olur. İkitərəfli əməkdaşlığı müstəqil formatda qurmağa çalışır”.

A.Mollazadə deyib ki, Azərbaycan NATO ölkələri üçün önəmli tərəfdaşlardan biridir: 

"Antiterror koalisiyasının üzvü olan ölkəmiz NATO qüvvələri tərkibində keçirilən sülhyaratma missiyasında yaxından iştirak edir. Bu o deməkdir ki, Azərbaycan regional müstəvi ilə yanaşı, qlobal miqyasda da təhlükəsizliyə töhfə verən ölkədir. Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Respublikamız Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir”.

Beynəlxalq enerji təchizatçısıyıq

Parlament üzvü onu da əlavə edib ki, son illərdə Azərbaycan regionda ən strateji nəqliyyat￾kommunikasiya, enerji dəhlizlərini həyata keçirir: "Zəngin təbii ehtiyatlarımız ölkəmizin inkişafı və milli rifahının təmin olunması üçün perspektivlər yaradır. Onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycanın və tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına artıq töhfə verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası region ölkələrinin əməkdaşlığının bariz nümunəsidir. Azərbaycan regionda genişmiqyaslı enerji￾kommunikasiya dəhlizlərinin davamını gətirən qərarlar qəbul edib. Bakı-Tbilisi-Ceyhan kəmərinin istifadəyə verilməsinin ardından regionda daha yeni bir nəhəng trans-kommunikasiya marşrutunun yaradılması üçün qətiyyətli addım atdı. Bu, Azərbaycanı dünyaya bağlayacaq strateji nəqliyyat dəhlizi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti idi”.

Dünyaya inteqrasiya əsas yolumuzdur

Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti,
siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədov bildirib ki, ümummilli lider H.Əliyevin xarici
siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük
diqqət yetirilib: "Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində fəal
surətdə iştirak edib. Çünki səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə
çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edib. Bu baxımdan 1994-cü il mayın 4-də mərhum
H.Əliyevin "Sülh naminə tərəfdaşlıq” proqramı çərçivə sənədini imzalaması Azərbaycanın
beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu
proqramın ölkəmiz üçün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan NATO-ya daxil olan Avropa
ölkələri və ABŞ-la əməkdaşlıq etmək imkanı qazandı. Bu da öz növbəsində NATO-nun hərbi
strukturları ilə Azərbaycan ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər
keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahədə birgə
hərəkət etmək imkanı verdi”.

Azərbaycan tanınır

Həmsöhbətimizin fikrincə, Azərbaycanın Avropa institutlarına inteqrasiyası bizə problemlərimizin
dünya ictimaiyyətinə çatdırılması üçün çox mötəbər tribuna vermiş oldu: "Belə ki, Avropa Şurası
Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərarümummilli lider H.Əliyevin uzaqgörən, daxili və xarici siyasətinin və bu istiqamətdə görülmüş
məqsədyönlü fəaliyyətinin nəticəsi idi”.

Aparıcı dövlətlərin diqqəti ölkəmizə yönəlib

E.Əhmədov diqqətə çatdırıb ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət
strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılır. Və dünya birliyinə
sıx inteqrasiya olunmaq xəttini seçir: "Hazırda regionda və dünyada baş verən əsas iqtisadi siyasi və
mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur. Öz mövqeyini bildirir və
mənafelərini qoruyur. Ölkə daixilində gedən demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı,
uğurlu xarici siyasətimiz dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətini
Azərbaycana yönəldib. Bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın
yaranmasına və inkişafına əlverişli zəmin yaradıb”.

Regional məsələlərdə əsas iştirakçıyıq

Ekspertin qənaətincə, Azərbaycan artıq Cənubi Qafqazda əsas söz sahibi olan dövlət kimi müstəqil
xarici siyasət həyata keçirir: "Bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün tezliklə
bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin
demilitarizasiyası, Avroatlantik strukturlara inteqrasiya və s. məsələlərə yönəldilib. Mühüm
geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq
nöqtəsi hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Prezident
İ.Əliyevin qeyd etdiyi kimi, "Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı
olmadan reallaşa bilməz”. Müsahibimiz söyləyib ki, müasir dövrdə ölkəmiz Avropa İttifaqı ilə
münasibətlərində çox ikitərəfli əlaqələrə üstünlük verir: "Azərbaycan Avropa İttifaqının regional
layihələrində iştirak etməklə yanaşı, İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır.
Buna görə də Birliyin ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq
istəyini nümayiş etdirir”.

Məqsədimiz erməni işğalını dünyaya tanıtdırmaqdır

E.Əhmədov bəyan edib ki, Azərbaycanın xarici siyasətində ölkəmizin də üzv olduğu İslam
Konfransı Təşkilatı (hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır) ilə əməkdaşlıq xüsusi əhəmiyyət
kəsb edir: "Respublikamızın memarı H.Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına
rəsmi səfəri çərçivəsində müqəddəs Kəbədə Ümrə ziyarəti, kral Fəhd bin Əbdüləzizlə apardığı
danışıqlar, İKT Baş katibliyinin rəhbərliyi ilə keçirdiyi səmərəli görüşlər Azərbaycanın islam
aləminə olan maraq və diqqətini daha da artırdı. Son illər Azərbaycanın İKT ilə münasibətləri
keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Şübhəsiz ki, təşkilata üzvlüyün ilk illərində Ermənistanın
təcavüzünə məruz qalan Azərbaycanın xarici siyasətinin əsas məqsədi bu işğalın səbəb və
məqsədlərinin, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olub. Lakin
sonradan İKT ilə əməkdaşlıq təkcə bu problemin həlli üçün siyasi sənədlərin qəbul edilməsi ilə
məhdudlaşdırılmayıb, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələri genişləndirilib”.

Beynəlxalq münasibətlərin qeyri-formal aktoruyuq

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu da düşünür ki,
Azərbaycan beynəlxalq münasibətlərin qeyri-formal aktorudur: "Beynəlxalq münasibətlər
sistemində formal və qeyri-formal aktorlar mövcuddur. Formal aktorlarda sərhədləri olan, milli
dövlətçiliyi təmsil edən bütün nişanələr var. Amma dövlət olmasına baxmayaraq, siyasi iradəyəsöykənərək müstəqil qərarlar qəbul etmir. Belə dövlətlərə misal olaraq, Ermənistanı göstərmək olar. Azərbaycan isə siyasi iradəyə söykənərək müstəqil qərarlar qəbul edə bilən dövlətdir”.

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür