Xərçəngdən əziyyət çəkən aparıcı: "Anamı və bacımı bu xəstəlik apardı"
12:49 01.08.2018
Arxiv
764
"Anamı ağciyər xərçəngindən itirmişəm. Bacım da çox gənc yaşında xərçəngdən dünyasını dəyişib". Bu sözləri APA TV-yə müsahibəsində xərçənglə mübarizə aparan tanınmış aparıcı-vəkil Zülfiyyə Bayramova deyib.
Z.Bayramova anası və bacısından sonra sözügedən xəstəliyin onu da yaxalayacağını gözləyirmiş. O düşünür ki, bu xəstəliyin adını eşidən hər kəs ölüm haqda düşünür və ölümə doğru gedir: "Ayaqda olmağımın səbəbi bu xəstəliyə qalib gələ bilməkdir. Yox, əgər yatdınsa, o, səni mütləq üstələyəcək. Ona görə də mən bacardığım qədər ayaqda qalıram. Kimya terapiyasının ağrılarını onu yaşayan bilir. Amma buna rəğmən ayaqdayam və göstərirəm ki, hamı ayaqda olsun. İstər Türkiyədə, istərsə də Milli Onkologiya Mərkəzində mənə birinci bunu demişdilər - bolluca su iç və hərəkət elə. Bunun birinci dərmanı budur".
Allahın sevdiyi bəndələrini imtahana çəkdiyini deyən Z.Bayramova övladları ilə imtahan olunmaması üçün hər zaman Allaha əl açdığını bildirib: "Anam və bacımdan sonra söz vermişəm ki, bu xəstəliyə qalib gəlib, bunu nəslimizdən uzaqlaşdıracağam".
Zülfiyyə xanım həyat yoldaşı İlqar Mikayıloğlunun ona çox dəstək olduğunu deyir: "Bu gün məni ayaqda saxlayan İlqar, övladlarım və dostlarımdır. Çox arzu edirəm ki, hər bir həyat yoldaşı İlqar kimi həyat həmdəminə dar günlərində dəstək olsun. İlqar ilk dəfə xəstəliyimi eşidəndə mənə dedi ki, bütün bədəni əsirdi. Amma sən xəstəliyini bildiyin halda gülərək içəri girdin və mən həmin an düşündüm ki, bu cür güclü bir qadının qarşısında daha güclü bir kişi dayanmalıdır. Və həmin an əsmək güclə əvəzləndi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya