“Xəstə olmasam gedib işləyərəm, dərmanı ovucla atıram”
20:35 24.04.2014
Arxiv
593
Kəmalə Rəhimli: “Nazirlikdən məni eşidən yoxdur, başları turizmə qarışıb”
Əməkdar artist Kəmalə Rəhimlinin səhhətində yaranan ciddi problem, deyəsən, mətbuatdan başqa heç kimi narahat etmir. Əks təqdirdə sənətçinin artıq aylardır kor olacağı qorxusu ilə yaşamasına bir hay verən tapılardı. Vəziyyəti ilə bağlı narahatlıq doğuran açıqlamasından sonra da nə nazirlikdən, nə də digər qurumlardan ona cavab verən olmadı. Əslində çox təsirli bir həqiqət var. İllərini sənətə, səhnəyə qurban verən sənətçiyə bu gün laqeyd münasibət var. Bu münasibət isə Əməkdar artistin onsuz da ağır olan vəziyyətini, psixoloji olaraq bir qədər də gərginləşdirir. Sənətçi sənətə verdiyi illərinə heyifsilənməsin, bəs nə etsin?
Hazırda Kəmalə Rəhimlinin vəziyyəti çox ağırdır. Demək olar ki, ev şəraitində də müğənni sərbəst hərəkət edə bilmir. Kəmalə Rəhimli səhhəti ilə bağlı "Şərq”ə açıqlama verərkən çox kövrəldi. Müğənni bildirdi ki, gözündə qalaukoma (qara su) xəstəliyi var və son günlər bu problem daha kəskin şəkildə özünü göstərir: "Ay qızım, nə danışım ki? Danışmağım nəyi həll edir ki? Neçə aydı dilim qabar olub ki, nazirlik mənim dərdimi dinləsin, amma daşdan səs çıxdı, onlardan yox. Yenə mətbuat məni yada salır. Amma sizin yazınıza baxan var ki? Səhhətimdə heç bir irəliləyiş yoxdur, əksinə, geriləmə var. Gözümdə qara su xəstəliyi və şəkərim olduğuna görə əməliyyat etdirmək də olmaz. Ömürlük kor ola bilərəm. Mən illərimi sənətə vermişəm. İndi mənə bu qədər soyuq, laqeyd münasibətin olduğunu görəndə zəhmətimə heyfim gəlir” söylədi.
K.Rəhimli bildirdi ki, indiyə kimi Mədəniyyət və Turizm Nazirliyindən heç kim onun səhhəti ilə maraqlanmayıb: "Mən heç işləməmişəm? Xidmətim, əzab-əziyyətim olmayıb? Nə olar, eybi yox. Göydə Allah var, hər şeyi görür. Nazirlikdən narazılığım olacaq da. Kim istəyər ki, işlədiyi illər hədər getsin, qiymətləndirilməsin? Ola bilər, nazirlikdəkilərin işləri çoxdur. Mənə elə gəlir ki, turizmə daha çox diqqət yetirdiklərindən mədəniyyətə ayırmağa vaxtları yoxdur. Başları turizmə qarışıb. Onlara işlərində uğurlar arzu edirəm. Xəstə olmasam, vallah, gedib bir işdə işləyərəm. Dərmanı ovucla atıram”.
Kəmalə xanımın həyəcanla danışdığından narahat olan həyat yoldaşı da bizimlə söhbət etdi. Bildirdi ki, Kəmalə Rəhimli hər dəfə səhhəti ilə bağlı açıqlama verərkən kövrəlir, səhhəti pisləşir: "Qınamıram, sənət adamları həssas olurlar. Asan deyil e, ömrünün yarısını səhnəyə, sənətə qurban verib. Biz də ailə olaraq ona dstək olmağa çalışmışıq. Amma bu gün bir çox müğənnilərə itləri, qardirobları üçün ev verilir. Bizi isə Nazirlikdə qəbul edən belə yoxdu. Kəmalə xanımın özü şəxsən Nazirliyə müraciət edib ki, bəlkə onun dərdini eşidən olar. Ordan bildirilib ki, nazir də, nazir müavinləri də yoxdular. Yəqin bizim Mədəniyyət və Turizm Nazirliyi də, onun müavinləri də əsgər gediblər. Ona görə heç kimi qəbul edə bilmirlər. Mən Kəmalə xanımın hər dəfə nə qədər stress keçirdiyini görəndə, inanın, kövrəlirəm. Onun kimi sənətçiyə belə soyuq münasibəti yaraşdırmıram. Həyat yoldaşım olduğu üçün demirəm, amma o illərin sənətçilərindən kim qalıb ki? Bir-iki sənətkardı. Onlara qayğı göstərmək bu qədər çətindimi? Kəmalə xanımın bu gün maddi köməyə ehtiyacı var. Biz nazirlikdən ev istəmirik, maşın istəmirik, ad istəmirik. Kəmalə xanım demək olar ki, kor olub, onun gözünün qismən görə bilməsi üçün kömək etsinlər ki, müalicəsi aparılsın. Bizim bundan artıq müalicə xərclərini ödəməyə gücümüz çatmır. Onun da vəziyyəti hər gün geriyə gedir. Allah Mədəniyyət və turizm nazirinin ürəyinə bir balaca rəhm salsın”.
Qeyd edək ki, Kəmalə Rəhimli uzun müddətdir bir neçə xəstəlikdən əziyyət çəkir.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə