Xəstəxananın həyətində qumarxana açılıb? - RƏSMİ AÇIQLAMA
12:18 01.07.2021
Arxiv
409
Sosial şəbəkələrdə Göyçay Rayon Mərkəzi Xəstəxanasının həyətyanı sahəsində qumarxana açıldığı, orada fəaliyyət göstərən kafedə spirtli içkilərin satılması, müştərilərin səs-küyündən xəstələrin narahat olması ilə bağlı görüntülər yayılıb.
Bildirilib ki, buna xəstəxananın baş həkimi Elçin Bilalov şərait yaradır.
Məsələ barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ilə əlaqə saxladıq.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov barəsində səsləndirilən iddiaların heç bir əsası yoxdur.
Yayılan məlumatlara Daxili İşlər Nazirliyi də münasibət bildirib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, həmin məsələ ilə əlaqədar Göyçay Rayon Polis Şöbəsinə hər hansı bir şikayət və ya müraciət daxil olmayıb:
“Yayılan xəbərlərlə bağlı aparılan araşdırma zamanı kafenin xəstəxananın inzibati ərazisində yerləşmədiyi, ancaq tibb məntəqəsinin həyətində həmin iaşə müəssisəsinə məxsus bir neçə masanın qoyulduğu məlum olub. Orada müxtəlif kart oyunlarının oynanılması ilə bağlı səsləndirilən iddialar isə öz təsdiqini tapmayıb”.
“Obyektin sahibi Polis Şöbəsinə dəvət olunub, onunla profilaktik söhbətlər aparılıb. Xəstəxananın həyətində olan masaların tez bir zamanda oradan götürülməsi barədə ona xəbərdarlıq olunub”, - deyə DİN rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
18:28 06.06.2026
Hadisə
Toyları stadionda olacaq
17:58 06.06.2026
Şou
Baş mühəndis institutun rəhbəri oldu
17:47 06.06.2026
Cəmiyyət
Dələduzluğa görə axtarışda olan 13 nəfər istintaqa təhvil verilib
17:34 06.06.2026
Hadisə
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
17:30 06.06.2026
Ekologiya
Şagirdi döyən idman müəllimi cəzalandırıldı
17:07 06.06.2026
Elm və Təhsil
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
16:32 06.06.2026
Dünya
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var
16:23 06.06.2026
Dünya
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
14:25 06.06.2026
Ekologiya
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto
14:19 06.06.2026
Hadisə
İtkin düşən yeddi nəfər tapıldı
13:40 06.06.2026
Hadisə
Sabaha yağışlı hava gözlənilir
13:10 06.06.2026
Ekologiya
Tramp Boltonu “müharibə tərəfdarı” adlandırıb
12:51 06.06.2026
Dünya
Livanın briqada generalı öldürüldü
12:44 06.06.2026
Gündəm
Yer kürəsində G2 səviyyəli maqnit qasırğası başa çatıb
12:30 06.06.2026
Ekologiya