Xəzərdə faciə: 3 nəfər batdı




Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub. 

"Sherg.az"ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.