Xəzərdə kefal balıqları kütləvi şəkildə ölüb
12:20 06.07.2018
Arxiv
435
2018-ci ilin 4-5 iyul tarixlərində Xəzər dənizi Bakı buxtası Qum adasının 3-4 km2 olan sahilboyu dayaz akvatoriyasında kütləvi balıq ölümü müşahidə olunub. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, hadisənin səbəblərini araşdırmaq üçün nazirliyin və AMEA-nın Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının əməkdaşları əraziyə baxış keçirib.
Baxış zamanı balıqların sivriburun kefalın körpələri olduğu məlum olub. Nazirlik AMEA-nın əməkdaşları ilə birgə balıqların ölüm səbəbini aydınlaşdırmaq məqsədilə balıq və su nümunələri üzərində analizlər aparıb.
Balıq nümunələri üzərində aparılan ümumi bioloji, morfoloji və fizioloji analizlərin nəticələrinə görə götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.
Balıqların yaşadığı mühitdən götürülən su nümunələrinin fiziki-kimyəvi parametrləri üzərində də analizlər aparılıb. Analizlərin nəticələrinə görə nümunələr götürülən günü balıqların yaşadığı mühitdə suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək (suda həll olmuş oksigenin miqdarı 1.5–4.0 mq/litrə-dək (norma-6 mq/litr)) azalması və balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmaması kefal balığı körpələrinin kütləvi tələfinə səbəb olub.
Qeyd edək ki, qeyri-optimal yaşama şəraiti daha həssas olan kefalın əsasən körpə balıqlarına təsir göstərib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat