N.Məmmədova vurğulayıb ki, hazırda regionda, o cümlədən Xəzər hövzəsində vəziyyət gərgindir, İran ətrafında həlqə getdikcə daralır:
"Xəzərin hüquqi statusuna dair konvensiya bütün tərəflər üçün önəm daşıyır"
13:18 10.08.2018
Arxiv
935
"Xəzərin hüquqi statusu ilə bağlı Azərbaycanın mövqeyi 1992-ci ildən bəri konstruktiv və dəyişməz olub. Xəzər dənizinin beynəlxalq sərhədli göl hesab olunması və buna müvafiq olaraq bölünməsi Azərbaycanın istəyidir”.
Bunu "Sherg.az”a Xəzərin statusu ilə bağlı imzalanacaq yekun konvensiyanın əhəmiyyətindən danışarkən politoloq Nəzakət Məmmədova söyləyib.
Onun sözlərinə görə, Xəzərin statusu üzrə danışıqlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Xələf Xələfov bildirib ki, bu konvensiya heç bir dövlətə üstünlük hüququ vermir və bərabər davranış qaydalarını tənzimləyir:.
"Konvensiyaya əsasən, Xəzəryanı ölkələr suverenlik, suveren , müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirirlər. Xəzərin hüquqi statusu ilə bağlı konvensiya 21 illik gərgin danışıqlar prosesinin nəticəsidir.
Bu ilin iyun ayında Rusiya prezidenti Vladimir Putin Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya üçün hökumətin təkliflərini imzalayıb. Bundan əvvəl isə Rusiya XİN rəhbəri Sergey Lavrov 2017-ci ilin dekabrında "Xəzər beşliyi" xarici işlər nazirlərinin görüşündən sonra bəyan etdi ki, bütün Xəzəryanı ölkələr Konvensiyada əks olunacaq hüquqi məsələləri razılaşdırıblar.
Xatırlatmaq istəyirəm ki, 2014-cü ildə Xəzəryanı ölkə prezidentlərinin Həştərxan sammiti keçirilib və görüş təxminən 20 il davam edən Xəzərin hüquqi statusunun həlli istiqamətində mühüm dönüş olub. Bu məsələdə qeyri-konstruktiv mövqedən çıxış edən İran və Türkmənistan idi, lakin artıq onlar da razılaşmaya məcbur oldular”.
N.Məmmədova vurğulayıb ki, hazırda regionda, o cümlədən Xəzər hövzəsində vəziyyət gərgindir, İran ətrafında həlqə getdikcə daralır:"Həmçinin Rusiya hüquqi status məsələsində konstruktiv mövqedə olsa da, bu dövlət sanksiyalara məruz qalıb. Belə bir şəraitdə Xəzər dənizini qarşıdurma yox, əməkdaşlıq dənizinə çevirmək lazımdır və imzalanacaq konvensiya bu baxımdan bütün tərəflər üçün olduqca böyük əhəmiyyət daşıyır.
Xüsusilə, beynəlxalq sanksiyalarla üzləşən, təcridə məruz qalmaq təhlükəsi ilə üzləşən İran üçün qonşularla dinc münasibətlərin olması Xəzərin statusu məsələsində qeyri-konstruktiv mövqe tutan bu ölkə üçün əvvəlkindən daha çox lazımdır”.
Qeyd edək ki, avqustun 12-də Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının V sammiti keçiriləcək. Sammitdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı gözlənilir.
Bundan əvvəl avqustun 11-də isə Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası baş tutacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya