“Xocalı: soyqırım tariximizin son faciəsi”
21:22 24.02.2016
Arxiv
1933
Yaqub Mahmudov: “Bütün dünya azərbaycanlıları üçün bir vətən var, o da Qarabağdır”
Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi və Azərbaycan Tarixçiləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş "Xocalı: soyqırım tariximizin son faciəsi” adlı elmi konfrans keçirilib.
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev tədbirin açılışını etdikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himnimiz səsləndirilib. Daha sonra Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Xocalı soyqırımına həsr olunmuş konfransda açılış nitqi ilə çıxış edib. Y.Mahmudov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qəsbkar ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınlardan danışıb: "Xocalı soyqırımı Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biridir”. O bildirib ki, Xocalı faciəsi 200 illik qanlı tariximizin son soyqırımıdır: "Məkrli ermənilər "Böyük Ermənistan” yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq, qəsbkarlıq siyasəti aparıblar. Əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı həyata keçirib, minlərlə insanı - qoca, qadın, uşaq və gəncləri qanlarına qəltan ediblər”.
Tarix İnstitutunun direktoru deyib ki, bizim məqsədimiz bu gün ağır və dəhşətli cinayəti yada salıb ruh düşkünlüyü yaratmaq deyil, bunlardan ibrət dərsi almaqdır: "İbrət dərsi ondan ibarətdir ki, Azərbaycan xalqı vahidləşməli, birləşməlidir. Bütün dünya azərbaycanlıları üçün bir vətən var, o da Qarabağdır. Həmin vətəndən düşmən qovulub, məhv edilib çıxarılmalıdır”. Daha sonra tədbirdə Türkiyənin keçmiş təhsil naziri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Cəlal Gözəl, Türkiyənin İpək Universitetinin İnsan və Cəmiyyət Elmləri fakültəsinin dekanı Kamal Çiçək, millət vəkili Mücahit Daloğlu çıxış ediblər. Elmi konfransda tarixçi-alimlər Nazim Mustafanın "Ermənilərin 1905-1906-cı illərdə Cənubi Qafqazda azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar”, İlqar Niftəliyevin "1918-1920-ci illərdə İrəvan quberniyasında azərbaycanlıların soyqırımı”, Natiq Məmmədzadənin "1918-1920-ci illərdə Azərbaycanın Qarabağ bölgəsində azərbaycanlıların soyqırımı”, Cəbi Bəhramovun "Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş 1918-ci il Mart soyqırımının davamıdır” adlı məruzələr dinlənilib.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol