YAP-ın deputatı narazılıq etdi - İşçiləri ixtisar edirlər amma özləri bahalı maşınlar sürürlər




Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Tahir Rzayev ölkədə iqtisadi çətinliklər olduğunu deyir. 
Sherg.az-ın məlumatına görə millət vəkili Milli Məclisdə büdcə müzakirələri zamanı bildirib ki, dünyada baş verən iqtisadi böhran, dolların bahalaşması Azərbaycandan yan keçə bilməzdi: 

"Məni narahat edən məsələlərdən biri də, iş yerlərindəki ixtisarlardır. Bəzi vəzifəlilərin işçiləri ixtisar etmələri doğru deyil. Məsələn kitabxanaçının, xadimənin ixtisari haqsızlıqdır. Onların maaşı onsuz da cüzi məbləğdir və həmin pulla neçə ailə dolanır. İşçiləri ixtisar edirlər, özlərinə müşavirlər təyin edirlər, bahalı maşınlar sürürlər. Ümumən israfçılığın qarşısını almaq lazımdır. Özəl sektor inkişaf etdirilməlidir, xüsusilə tikinti sektoruna dəstək verilməlidir”.

Anar