Yaponiyadakı zəlzələnin dəhşəti belə göründü

Yerə "düyü, su, yemək və KÖMƏK" yazılıb




Ard-arda zəlzələlərdən sarsılan Yaponiyada, şiddətli yağmur altında dağıntıları axtaran xilasetmə  qrupları zamanla mücadiə edir. 250 min insanın  evlərini tərk etmələri istəndi, sarsıntının mərkəzində  əs 'Düyü, su, yemək və KÖMƏK' yazıldığı görünür.


Yaponiyanın cənub-qərbində cümə və şənbə günləri baş verən  6,5 və 7,3 bal gücündə zəlzələlərin ardından xilasetmə işləri   şiddətli yağmur və soyuq hava altında davam edir. 

Dağıntı altında onlarla adamın qaldığı təxmin edilən fəlakət bölgəsində, minlərlə vəzifəli və könüllünün qatıldığı axtarış  işlərinə ABŞ-ın göndərdiyi hərbi  təyyarələr də havadan dəstək verir. ABŞ təyyarələri bölgəyə təcili yardım  çatdırılmasına da dəstə verəcək  kömək.


41 adamın həyatını itirdiyi ölkədə, səlahiyyətlilər təxminən 250 min adamın evlərindən ayrılmasını və etibarlı yerlərə keçmələrini istədi. Zəlzələdən ən çox təsirlənən bölgə Kumamoto yaxınlığındakı  20 nəfərin  öldüyü Mashiki oldu.

Hökumət  zəlzələnin  baş verdiyi Kyushu adasındakı Kumamoto bölgəsində 80 min evə hələ elektrik və su verilmədiyini bildirib.

Kumamoto bölgəsi eyni zamanda ölkənin əhəmiyyətli istehsal ərazilərindən  biridir. Bölgədək Sony, Nissan və Toyotanın fabrikləri var. Üç firma da zəlzələ sonrası istehsalına ara verib, yalnız Sonyun Apple telefonları üçün çıxardığı görünüş qəbul edicisinin tədarükü  davam edir.

 Zəlzələlərin ölkəyə  milyardlarla dollar zərər vurması  gözlənilir.

Yaponiyada 2011-ci ildə baş verən  9 bal gücündəki  zəlzələ və ardından yaranan  sunamidə 18 mindən çox adam həyatını itirmişdi.