Yaqland azərbaycanlı qaçqınların probleminin həllində AŞ-ın fəaliyyətsizliyini etiraf edib
07:40 23.01.2019
Arxiv
522
Avropa Şurasının Azərbaycan qaçqınlarının kəskin problemini həll etmək üçün mexanizmləri və vasitələri yoxdur.
Trend-in məlumatına görə, bunu Avropa Şurasının baş katibi Torbyorn Yaqland Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında azərbaycanlı millət vəkili Rəfael Hüseynovun sualını cavablandırarkən deyib.
Rəfael Hüseynov T.Yaqlanda aşağıdakı sual verib:
"Hörmətli cənab baş katib! Siz baş katib olduğunuz müddətdə bir milyondan çox azərbaycanlı qaçqının problemini həll etmək üçün heç bir praktiki addım atmamısınız. Ümumi sözlər və məsələni ATƏT-ə yönləndirmək əvəzinə siz yüksək vəzifənizdən istifadə edib konkret addımlar ata bilərdiniz. Heç bir addım atmadığınız üçün məsuliyyət hiss edirsinizmi, yoxsa bunu normal hesab edirsiniz?”
T.Yaqlanda öz növbəsində suala bu cür cavab verib:
"Azərbaycanlı qaçqınlara gəldikdə, mənim bu problemi həll etmək üçün vasitələrim yoxdur. Mən ATƏT və ya BMT-yə, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının İdarəsinə müraciət etsəydim, fikrimcə onlar da deyəcəkdi ki, mənim bu problemin həlli üçün mexanizmlərim yoxdur. Mənim bu cür mandatım yoxdur. Bizim mandatımız başqadır və biz onu reallaşdırmağa çalışırıq. Sizin xatırlatdığınız və həqiqətən də çox kəskin olan problemin Avropa Şurası tərəfindən həll olunması imkanlarını görmürəm. Mən başqa bir şey deyə bilmərəm. Əlbəttə, bu, həmin vəziyyətdə olanlar üçün dəhşətli vəziyyətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya