Yaş senzi müəyyən problemlər yaradacaq
09:26 15.11.2018
Arxiv
666
"Bundan sonra valideynlər istəsələr uşaqlarını 7 yaşına qədər bağçada saxlaya bilərlər"
Baş nazir Novruz Məmmədovun müvafiq qərarı ilə "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, məktəbəqədər təhsil müəssisələrində "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur. Həmçinin sanator tipli məktəbəqədər təhsil müəssisələri, eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri yaradılacaq.
Yeni yaradılan hər iki məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçası - 1 yaşdan 7 yaşadək, uşaq bağçası - 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər.
Uşaqlar sağlamlıq imkanlarının məhdudluğuna və yaş səviyyəsinə uyğun qruplara qəbul olunacaqlar.
Vərəm infeksiyasının erkən başlanğıc dövrü, kiçik və sönən formalı vərəmli uşaqlar üçün nəzərdə tutulmuş sanator tipli məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu üçün vərəm əleyhinə dispanser, dispanser olmadıqda isə rayon (şəhər) mərkəzi xəstəxanası tərəfindən verilmiş göndəriş tələb ediləcək.
Həmçinin "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin "Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri” bölməsində dəyişikliklər edilib.
Qərara görə, Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.
Belə çıxır ki, müvafiq dəyişiklikdən sonra valideynlər istəsələr uşaqlarını 7 yaşına qədər bağçada saxlaya bilərlər. Bəs, bu 2019-cu ildən etibarən birinci siniflərdə müəyyən yaş fərqinin yaranmasına gətirib çıxaracaq axı!?
"Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişiklikləri şərh edən təhsil eksperti Kamran Əsədov hesab edir ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən dəyişiklik məktəbəqədər təhsil pilləsinə qəbul ilə bağlıdır ki, bu müəyyən qədər çaşqınlıq yaradacaq. Onun sözlərinə görə, 2019-cu il 1 yanvardan tətbiq ediləcək dəyişikliklər "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa (Maddə 19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır), "Məktəbə hazırlığın təşkili "Qaydalarına (1.5. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir), "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na (1.4. Məktəbin I sinfinə həmən tədris ilində 6 (altı) yaşı tamam olan şəxslər qəbul edilir) ziddir:
"Deməli, bundan sonra valideynlər istəsələr uşaqlarını 7 yaşına qədər bağçada saxlaya bilərlər. Bu da 2019-cu ildən etibarən birinci siniflərdə müəyyən yaş fərqinin yaranmasına gətirib çıxara bilər.
Əlbəttə ki, həyata keçirilən dəyişikliklər təhsilin əhatə dairəsinin genişlənməsi və əlçatımlılığının təmin olunması üçün çox mütərəqqi addımdır. Amma məktəbəqədər təhsil müəssisələrinə qəbul və bu pillədəki yaş senzi məsələsi müəyyən qədər problemlər yarada bilər.
Düzdür, son illər ərzində məktəbəqədər təhsil müəssisələri, uşaq bağçası, körpələr evi sahəsində ciddi işlər görülür, onların binaları tikilib, bərpa olunub uşaqların istifadəsinə verilir. Amma hələ də müəyyən çatışmazlıqlar var. Birincisi ona görə ki, ölkədə fəaliyət göstərən 1670 uşaq bağçasının heç də hamısı 1 yaşdan uşaq qəbul etmək imkanına malik deyil. Eyni zamanda bu yaş həddində olan uşaqlarla təlim-tərbiyəni apara biləcək yetəri qədər kadr potensialı yoxdur.
Digər tərəfdən isə 7 yaşa qədər uşaq bağçalarında uşaqların saxlamasına icazə verilməsi valideynlərə imkan verəcək ki, uşaqlar məktəbə cəlb olunmasın. Düzdür, 6 yaşda bəzi uşaqlar fiziki inkişafdan geri qalırlar, bu zaman onlar rahatlıqla məktəbə yox, elə bağçada qalmağa üstünlük verəcəklər ki, bu zaman da onlar növbəti il məktəbə gedəndə şagirdlər arasında 1-2 yaş fərq yarana bilər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz
ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
13:39 05.09.2026
Dünya
Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?
13:19 05.09.2026
Aktual
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
13:04 05.09.2026
Dünya
İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbə endirib
12:35 05.09.2026
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvaya gəlib
12:33 05.09.2026
Gündəm
Messi və Ronaldo yenidən üz-üzə gələ bilər
12:29 05.09.2026
Futbol
Üç hərbi gəmiyə mindi: Üçü də batdı, amma o sağ qaldı
12:21 05.09.2026
Maraqlı
Trampdan Yaxın Şərq üçün gizli plan: İran hədəfdə
11:47 05.09.2026
Dünya