Yasamal sakinini eşidən yoxdur
08:05 19.09.2017
Arxiv
654
Məhəllənin girişinə qoyulmuş şlaqbaum narazılıq yaradıb
Bakı şəhəri, Yasamal rayonu 528-ci məhəllənin yaşayış ərazisinə şlaqbaum çəkilib. Bununla bağlı redaksiyamıza müraciət edən Yasamal rayon sakini Zaur Nəcəfov mövcud vəziyyətdən narazı olduğunu bildirir.
Şikayətçinin sözlərinə görə, avqust ayının 12-dən etibarən yaşadıqları məhəllənin iki girişinin qarşısına şlaqbaum qoyulub: "Bu şlaqbaumlar əhalidən yığılan vəsait hesabına alınıb. O vaxtdan başlayaraq Ələsgər Ələkbərov və Məmməd Rahim küçəsinə baxan girişlər bağlanıb.
Məsələ ilə əlaqədar olaraq bir neçə quruma, Yasamal Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyinə də müraciət etmişəm, lakin heç bir nəticəsi olmayıb. Bildirdim ki, yollar bağlandığı üçün təcili yardım, FHN maşınları gəlməli olarsa, məhəlləyə daxil ola bilməyəcəklər. İş saatı bitdikdən sonra şlaqbaumların biri açılır. Başqa bir yol var, məhəlləyə nisbətən uzaqdır, avtomobillər o istiqamətdən istifadə etməklə məhəlləyə daxil ola bilər”.
Şikayətçinin sözlərinə görə, Yasamal Rayon İcra Hakimiyyətindən gələn cavab məktubunda bildirilir ki, məhəllə sakinləri kənar maşınların daxil olması və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə öz vəsaitləri hesabına məhəllə girişlərinə şlaqbaumlar quraşdırıb:
"Aidiyyəti qurumlara bildirmişəm ki, inzibati xətalar məcəlləsinin 354-cü maddəsində yazılıb ki, adi vətəndaş şlaqbauma görə 80 manatdan 100 manata, vəzifəli şəxslər 400 manatdan 500 manata, hüquqi şəxslər isə 3000 manatdan 4000 manata qədər cərimə olunur. Lakin hələ də heç bir tədbir görülməyib. Bəzi qurumlar bu məsələyə baxmaq istəmir. Məsələni polisə yönəldirlər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya