Yaşaması üçün qan tapılmır

“7 min adamdan birində olan o adamı axtarırıq”




Trakya xəstəxanasında testis xərçəngi müalicəsi alan iki uşaq atası 33 yaşlı Murad Balıkoğlu, kimyaterapianın ardından bədən müqavimətini artıracaq "IGA çatışmazlığı” olan qana ehtiyac duyur.
Balıkoğlunun müalicəsini aparan həkimlər, bu qanın, xəstənin həyatı baxımından əhəmiyyət daşıdığını bildirdi.
Balıkoğlunun həyat yoldaşı Işıl Balıkoğlu verdiyi açıqlamada, həyat yoldaşına keçən il may ayında testis xərçəngi diaqnozu qoyulduğunu və ardından da əməliyyat edildiyini söylədi.
Həyat yoldaşının hazırda kimyaterapiya müalicəsi aldığını ifadə edən Balıkoğlu, bunları deyib:

"Kimyaterapiya ərimin qanını çox aşağı saldı..."

Bu səbəblə qana ehtiyac duyuldu. Normal qan verildi, ancaq bədəni allergik reaksiya göstərdi. Həkimləri ikinci dəfə normal qan verməyi yoxladı və yenə eyni nəticəylə qarşılaşıldı. Daha sonra aparılan detallı araşdırmada, həyat yoldaşımın selektif  IGAçatışmazlığı olan qana ehtiyac duyduğu aydın oldu. Yəni bu IGA  çatışmazlığı olan qan, immunitet sistemiylə əlaqəlidir.
Normal qan verildiyində allergiyaya səbəb olur, bədəni göyərir, nəfəs darlığı olur və nəfəs ala bilmir. Bu qana indi çox ehtiyacımız var. Həyat yoldaşımda indi daxili qanama var, bədənində göyərmələr olur. Türkiyədə IGA  çatışmazlığı olan qan 7 min adamda 1 nəfərdə təsadüf edilir. Biz 7 min adamda bir olan o adamı axtarırıq. Kömək gözləyirik. Bu tapılmasa həyat yoldaşım həyatını itirəcək. Ən qısa zamanda bu qanı alması lazımdır.”

"Uşaqlarının sünnət toyunu görmək istəyir”

Işıl Balıkoğlu, IGA qan qruplarının qeyd altında olmadığını, bunu yalnız bu qanı daşıyan kəslərin bildiyini izah etdi.
Həyat yoldaşının əvvəl spirt və siqaret istifadə etmədiyini ifadə edən Balıkoğlu, "Biz Kırklarelinin Pınarhisar mahalında yaşayırıq. Həyat yoldaşım işindən evinə gedib-gələn bir adamdır. Zərərli bir vərdişi olmadı. Davamlı idman edərdi. Bu vəziyyət necə başımıza gəldi, anlaya bilmədik. Alp və Əmrə adında iki uşağımız var. Üç həftə sonra sünnət toyları olacaqdı. Həyat yoldaşım yaxşılaşasa uşaqlarımızın toyunu görə biləcək. Əgər bu qanı tapmasaq, həkimləri həyatını itirəcəyini söylədi” şəklində danışdı.

Murad Balıkoğlu isə ehtiyacı olan qanı heç cür tapa bilmədiklərini söylədi. Səlahiyyətlilərdən kömək gözlədiyini ifadə edən Balıkoğlu, "Çətin vəziyyətdəyəm. Türk xalqından kömək gözləyirəm. Ailəm üçün, uşaqlarım üçün bu qan mənə lazımdır. Allah rizası üçün kömək edin” deyir.