Yaşayış minimumu yenidən hesablanmalıdır- ETİRAZ

Vüqar Bayramov: "155 manat artan qiymətlərlə mütənasib deyil"


Müəyyən olunan minimum əmək haqqının məbləği artan qiymətlərlə mütənasib deyil. 

Bunu Sherg.az-a gələn il Azərbaycanda yaşayış minimumunun 155 manat olmasına münasibət bildirərkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

Ekspertin sözlərinə görə, manatın dəyərinin azalmasını, inflyasiyanın artmasını nəzərə alaraq, yaşayış minimumu yenidən hesablanmalıdır: 

"Düzdür, yaşayış minimumunun artırılması istiqamətində atılan addımlar yüksək qiymətləndirilir. Lakin indiki vəziyyətdə mövcud olan inflyasiyanı nəzərə alaraq, bu hesablamanın yenidən aparılması vacibdir. 2017-ci il üçün müzakirəyə çıxarılan qanunda yaşayış minimumunu məbləği 155 manat müəyyən olunub. Azərbaycanda hazırda mövcud olan qiymət artımı səviyyəsi isə 13 faiz təşkil edir. Qiymət artımını nəzərə aldıqda bu məbləğ yaşayış üçün kifayət etmir”.

Qeyd edək ki, Milli Məclisin məlumatına görə "2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il Azərbaycanda yaşayış minimumunun 155 manat olması təklif edilir.

Aysel Aslan