Yaxşı ki, partlamadı: 78 yaşlı qadının qarnından 12 kq kist çıxarıldı

3 il əvvəl Hələb şəhərindən köçüb Batmanda məskunlaşan suriyalı Fətva Bəstani müalicə üçün xəstəxanaya gedib və bu zaman bətnində kist (maye kütləsi) olduğu aşkarlanıb.
Həkim Süleyman Ögen və qrupu tərəfindən əməliyyata alınan Fətva Bestaninin qarnından 30 sm ölçüsündə, 12 kq ağırlığında bir kist çıxarılıb. Əməliyyatı həyata keçirən S.Ögen xəstə qadının qarın ağrısı və şişməsi səbəbindən nəfəs almaqda çətinlik çəkdiyini belə izah edir:
Xəstə bir gün əvvəl qarın ağrısı, şiş şikayətiylə xəstəxanaya gəlib. Təcili xidmət tədqiqləri aparıldıqdan sonra bu barədə bizə məlumat verilib. Xəstəni müayinə edərkən qarın nahiyəsini əhatə edən bir kist gördük. Tomoqrafiyadan sonra kistin bütün orqanlara təsir etdiyini müəyyənləşdirdik və xəstəni təcili əməliyyata aldıq. Bu cür əməliyyatlar zamanı xəstələrin daxili orqanlarını təsir altına alan 12 sm, 12 kq ağırlığında böyük bir kütləyə rast gəlmişdim. Amma bütünlükdə qarın divarını örtən, 30 santimetr böyüklüyündə bir kisti cərrahı təcrübəmdə görməmişəm. Xəstənin nəfəs almaqla bağlı şikayətləri də təbii ki, kütlənin ağırlığının nəfəs borusuna təzyiq etməsindəndir. Əslində bu böyüklükdə kütlənin xəstənin qarnında partlamamasının özü bir möcüzədir”. Hazırda səhhətinin yaxşı olduğunu vurğulayan suriyalı qadın Fətva Bestani onu müalicə edən həkimə minnətdar olduğunu və onun üçün dua etdiyini deyib.