Yeni açılan reys rentabelli olacaq
09:16 06.06.2018
Arxiv
584
Sabiq AZAL prezidenti Bakı-Daşkənd uçuşunun bərpasını alqışladı
İyunun 30-dan etibarən "Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Özbəkistanın paytaxtı Daşkəndə birbaşa reys açır. AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, uçuşlar həftədə bir dəfə (şənbə günləri), avqustun 1-dən isə həftədə iki dəfə (çərşənbə və şənbə günləri) yerinə yetiriləcək.
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev "Şərq”ə açıqlamasında əvvəllər həftənin bütün günləri Özbəkistana birbaşa uçuşların həyata keçirildiyini deyib:
"Təyyarə gecə saat 02:00-də yola düşürdü. Tələbat çox olduğu üçün hər gün sərnişinlə dolu olurdu. Son zamanlar bu sahə ilə maraqlanmadığım üçün Özbəkistana səfər tələbatının hansı səviyyədə olduğunu bilmirəm. Uçuşların hansı səbəbdən ləğv olunduğuna gəldikdə isə Ə. Əliyev AZAL-ın işinə qarışmaq istəmədiyini deyib: "Sovet və müstəqilliyimizin ilk illərində Özbəkistana gündəlik reyslər vardı. Bu reyslər mən vəzifədən getdikdən sonra dayandırılıb. Ona görə konkret səbəblərini bilmirəm. Sözün düzü, onların işinə qarışmaq istəmədiyim üçün maraqlanmamışam”.
Ə.Əliyev hesab edir ki, uçuşların bərpası həm azərbaycanlı iş adamları, həm də məmurlar üçün yaxşı olardı:
"Amma bərpa zamanı təyyarə reyslərinə diqqət eləmək lazımdır ki, rentabelli uçuşlar yerinə yetirilsin. Baş tutacağı təqdirdə uçuşların bərpasını müsbət qiymətləndirirəm”.
Sabiq AZAL prezidenti Bakıdan Özbəkistana birbaşa uçuşların bərpa olunmasının təqdirəlayiq olduğunu deyib. Özbəkistan bizə qonşu və qardaş ölkədir. Uçuşların rentabelli olacağını düşünürəm. Təbii ki, burada qiymət siyasəti və sərnişinləri cəlb etmək bacarığının da rolu olacaq.
Uçuşların bərpası zamanı sərnişin tələbatını təmin etməyin vacibliyinə toxunan Ə.Əliyev deyib ki, Azərbaycanla Avropa arasındakı münasibətlər kifayət qədər yaxındır.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol