Yeni ehtimal: İtkin uşaq ola bilsin oğurlanıb

Bütün Türkiyənin danışdığı hadisədən bir xəbər yoxdur. Ankarada itkin düşən 8 yaşlı Sərdar Kandemirin axtarışları davam etdirilir.
Lakin heç bir nətəcə əldə edilməyib. Ayrı-ayrılıqda 8 qrupun çalışdığı xilasetmə işləri böyük məyusluğa səbəb olub. Bu arada Ankara valiliyi tərəfindən Sərdar Kandemirin oğurlanması ehtimalı da irəli sürülüb. Artıq bu istiqamətdə istintaq işlərinə başladılıb. Ankara valiliyi, Çankaya qəsəbəsi İmrahor məhəlləsində məktəbdən çıxdıqdan sonra evinə dönməyən ibtidai məktəbin 2-çi sinif şagirdi Sərdar Kandemirin qaçırılmış ola biləcəyi ehtimalının da qiymətləndirildiyini açıqlayıb.