Yerin ikinci Ayı peyda olub
15:46 01.03.2020
Arxiv
460
Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planetləri Öyrənmə Mərkəzi sensasion açıqlama verib: Yer planetinin bir yox, iki təbii peyki var!
Ancaq gecə binokl götürüb küçəyə çıxmağa tələsməyin, heç nə görə bilməyəcəksiniz. Ay №:2 diametri 2-3,5 metr aralığında olan ya böyük meteroit, ya da kiçik asteroiddir.
Müqayisə üçün: hamımıza tanış olan Ayın diametri 3474 km-dir.
Arizona ştatındakı Maunt-Lemmon Observatoriyasının astronomları Teodor Pryun və Kasper Verçes sözügedən obyekti fevralın 15-də göy üzünü növbəti müşahidə seansı zamanı aşkar ediblər. Verçes bu haqda özünün "Twitter" hesabında yazıb.
Sonrakı hesablamalar göstərib ki, "2020 SD3" adlandırılmış bu kosmik cisim Günəş sistemindəki milyonlarla asteroiddən biridir. O, 3 il əvvəl planetimizin yaxınlığından keçərkən Yerin cazibə qüvvəsinə "ilişib" qalıb. Onun Planetimizin ətrafında bir dəfə dövr etməsi 47 günə başa gəlir.
Belfast Kraliyyət Universitetinin araşdırmaçısı Qriqori Fedores "New Scientist" jurnalına bildirib ki, onun hesablamalarına görə, yeni peyk Yerin yanında həmişəlik qalmayacaq. Bu ilin aprel ayında Yer, Ay və Günəşin qravitasiya sahələrinin birgə təsiri onu Yer orbitini tərk edib açıq kosmosa qayıtmağa məcbur edəcək.
Ona görə də Kiçik Planetləri Öyrənmə Mərkəzi bu mini-Aya Yerin peyki statusu verməyib və onu müvəqqəti yaxalanmış obyekt adlandırıb.
Analoji hal 2006-cı ilin sentyabrı və 2007-ci ilin iyun ayı aralığında da baş verib - həmin müddət ərzində Yerin müvəqqəti peyki rolunu oynamış kosmik cisim "2006 RH120" adlandırılıb.
Bundan başqa, yüz ildən çoxdur ki, Yeri dörd il bundan əvvəl aşkar edilmiş "2016 HO3" asteroidi müşayət edir. Ancaq bu cisim Yerin yox, Günəşin ətrafında fırlanır - Yerin orbitinə paralel olaraq. Onunla Yer arasındakı məsafə Yerlə Ay arasındakı məsafədən 13,6 dəfə çoxdur.
(bbc)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm