Yol polisinə tabe olmayan qadın sürücü həbs olundu
20:53 24.02.2016
Arxiv
948
Viktoriya Vlasova məhkəmədə əməlindən peşman olduğunu bildirib
Fevralın 22-dən 23-nə keçən gecə Bakıda qadın sürücü polisin "saxla!” əmrinə tabe olmadığı üçün bu gün məhkəmə qərarı ilə həbs olunub. Avtosfer.az-ın məlumatına görə, Bakı şəhər sakini Viktoriya Vlasova Səbail rayon Məhkəməsinin qərarı ilə 3 gün inzibati həbs cəzası ilə cəzalandırılıb. və Səbail rayon RPİ-nin 9-cu polis bölməsindən birbaşa DİN-in İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə aparılıb. O, məhkəmədə verdiyi ifadəsində törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirib.
Qeyd edək ki, avtomobilin ödənilməmiş cəriməsi də olduğundan polis əməkdaşları əmrə tabe olmayan qadın sürücünü süni tıxacla saxlayıblar. Ancaq sürücü maşından düşməməkdə israr etdikdə yol polisi qadını maşını ilə birgə təxliyyə etməyi qərara alıb. Yoxlama zamanı məlum olub ki, Viktoriya Vlasovanın idarə etdiyi avtomobil axtarışdadır. O, avtomobildən düşmədiyindən maşın sürücü ilə birlikdə evakuatora mindirilərək cərimə meydançasına aparılıb. Xanım sürücü cərimə meydançasında da avtomobildən düşməyib. Ancaq yol polisinin verdiyi məlumata görə bir neçə saatdan sonra maşından düşüb və yoxlama zamanı onun sərxoş olduğu müəyyən edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol