Yüksək maaş və daimi iş yerləri tələb olunur
21:51 23.02.2016
Arxiv
666
İpoteka şərtləri dəyişməsə, daha az vətəndaş kateqoriyası həmin ipotekadan yararlana biləcək
"İpoteka üçün 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat insanları narahat edən ipoteka məsələsinin tezliklə həll ediləcəyinə inandığını deyib:
"Müzakirə olunan əsas məsələlərdən biri ipotekadır. İpoteka üçün 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Amma dövlət başçısının göstərişinə əsasən, bu sahəyə əlavə 200 milyon manat ayrılacaq. Maliyyə naziri də bildirib ki, hazırda məsələyə baxılır. Yəqin ki, öz müsbət həllini tapacaq”.
İpotekaya əlavə vəsaitin cəlb olunması ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, dövlət mütəmadi olaraq ipoteka fonduna vəsait ayırır. Son olaraq isə yardım maksimum səviyyəyə yüksəlib: "Təbii ki, bu yardım tikinti bazarında müəyyən canlanmaya səbəb olacaq. Çünki ayrılan vəsaitin həcmi böyükdür. Amma vətəndaşın bu kreditlərə çıxışını təmin etmək üçün ipoteka şərtlərini sadələşdirmək vacibdir. İpoteka şərtləri dəyişməsə, bir qədər yüngülləşməsə, daha az vətəndaş kateqoriyası həmin ipotekadan yararlana biləcək. Çünki həddindən artıq yüksək maaşın və daimi iş yerlərinin tələb olunması, eyni zamanda faizlərin yüksək olması kifayət qədər böyük sayda insanların bu kreditlərə çıxış imkanlarını məhdudlaşdırır. Ancaq sosial ipotekada müəyyən qədər normal şərtlər var. Onlarda illik ipoteka 4 faizdir. Bu, çox yaxşı göstəricidir. Amma təəssüf ki, sosial ipotekadan çox az adam istifadə edə bilir. Ona görə də ayrılan vəsaitin daha effektli xərclənməsi və ipoteka bazarının, tikinti sektorunun canlanması üçün şərtlərdə müəyyən güzəştlərə getmək lazımdır. Sosial ipoteka kateqoriyasına aid edilən vətəndaşların sayı artırılmalıdır. Əks halda, atılan addımın effektliyi az olacaq”. Ekspert ipoteka şərtlərinin yüngülləşməsinin qarşısında duran problemlərdən də danışıb: "Sosial ipotekanın 4 faiz olması bir çox bankların marağını azaldır. Çünki sosial ipotekada əməliyyatı həyata keçirən bankların faiz dərəcələri kifayət qədər aşağı düşür. Amma digər ipoteka formalarında operator banklar kifayət qədər böyük gəlir əldə edirlər. Çünki ipoteka fondu ilə işləyən banklar sosial deyil, yüksək faizli kreditlər verirlər. Ancaq bu məsələyə birdəfəlik son qoymaq üçün ya bir sərəncam verilməli, ya da qanunvericilikdə müvafiq dəyişiklik edilməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya